Kirayədə yaşayan qonşusunu döyən şəxsin cəzası ağırlaşdırıldı

Kirayədə yaşayan qonşusunu döyən şəxsin cəzası ağırlaşdırıldıBakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəlil Tağızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Nizami Rayon Məhkəməsinin qərarı ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Xəlil Tağızadənin cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 20 faiz məbləğində pulun dövlət nəfinə tutulmağa başlandığı andan hesablanması qərara alınıb.
İttihama görə, hadisə bu il saat 02 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən binanın 5-ci mərtəbəsinin dəhlizində baş verib.
Belə ki, Xəlil Tağızadə həmin vaxt qəbul etdiyi spirtli içkinin təsirindən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olub. O, qonşusu Rəfi Yusifovun (adı, soyadı şərtidir) kirayə yaşadığı mənzilin qapısını bərk döydüyü üçün sonuncuya irad bildirib və qapını daha yavaş döyməsini tələb edib. Rəfi Yusifov buna cavab olaraq "əcəb edirəm" ifadəsini işlədib. Daha sonra tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı Xəlil Tağızadə qəsdən yumruqla qonşusunun dodaq nahiyəsinə zərbə vurub. Nəticədə Rəfi Yusifovun alt dodağının selikli qişasının səthində əzilmiş yara əmələ gəlib. Məhkəmə-tibbi qiymətləndirməyə əsasən, xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Xəlil Tağızadənin hərəkətləri Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Xəlil Tağızadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Məhkəmə həmçinin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verib.
Qərardan ittiham tərəfindən apellyasiya protesti verilib. Protestdə Nizami Rayon Məhkəməsinin xitam qərarının ləğv edilməsi və Xəlil Tağızadənin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılması xahiş olunub.

Hadisə       Tarix: 27 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

1,7 milyonluq qızılı ələ keçirdilər: biri azərbaycanlıdır

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda özlərini polis kimi təqdim edərək iki qadını aldadan 5 nəfər həbs edilib. -a istinadən xəbər verir ki, şübhəlilər 64 yaşlı Gülşən Ş.-yə zəng edərək adının terror təşkilat

Tanınmış həkim həbs olundu

Tanınmış stomotoloq Zeynalabdin Allahyarov həbs olunub. bildirir ki, -ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqda

Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı

Qaxda yol-nəqliyyat hadisəsi baş verib. -ın -a istinadən məlumatına görə, hadisə Qax rayonunun Qaysarlı kənd ərazisində olub. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı Qax rayonunu

Dövlət Xidmətinin rayon şöbəsində insident: Çağırış vərəqəsini

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb. -a istinadla xəbər verir ki, hadisə xidmətin inzibati binasında qeydə alınıb. 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayo

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub

Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov vəfat etməzdən qısa müddət əvvəl borclarla və alkoqol asılılığı ilə bağlı problemlər yaşayıb. KONKRET.azxəbər verir ki, bu barədə rusiyalı şoumen Sergey Dvortsov "RİA Novosti"y

Gəncədə qəzaya düşən Milli Qəhrəmanın oğlunun son durumu

Gəncə şəhərində baş verən avtoqəz. ada xəsarət alan şəxsin vəziyyəti məlum olub. -ın xəbərinə görə, -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1991-cı il təvəllüdlü şəx

Ada Süleymanın həyatını itirdiyi qəzanın fotosu

Xəbər verdiyimiz kimi, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman vəfat edib. xəbər verir ki, aparıcı doğum gününü yaxınları ilə birlikdə qeyd etdikdən sonra evə qayıdarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəzay

Kirayədə yaşayan qonşusunu döyən şəxsin cəzası ağırlaşdırıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəlil Tağızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. -a istinadə

Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə

2011-ci ildə ABŞ-ın Şimali Karolina ştatında qəribə bir hadisə baş verdi. Bir kişi RBC bankının filialına daxil olaraq kassirə bir kağız uzatdı. Kağızda bunun bank soyğunu olduğu yazılmışdı və kassirdən pul tələb edilirdi


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun valyuta məzənnələri cəbhədən son xeber xəbər az