Azərbaycanda bu günə kimi hansı məmur öz istəyi ilə istefa verib? - Kreslodan əl çəkə bilənlərin SİYAHISI

Azərbaycanda bu günə kimi hansı məmur öz istəyi ilə istefa verib? - Kreslodan əl çəkə bilənlərin SİYAHISIAzərbaycanda istefa mədəniyyətinin formalaşmadığını çoxumuz bilirik. Yəni həçbir məmur prezident onu vəzifədən kənarlaşdırmayınca öz postundan getmir. Bu birmənalıqaydadır sanki.
Dünya təcrübəsi ilə müqayisə etdikdə isə Azərbaycan reallığında istefaənənəsi formalaşmayıb. 
Dünya ölkələrində yüksək çinli məmurların kiçik bir narazılığa görə istefaverməsi normal hal kimi qarşılanırsa, bizdə vəziyyət tam fərqlidir - məktəbdirektorundan tutmuş nazirə kimi heç bir vəzifəli şəxs öz postunu öz xoşunatərk etmək haqda düşünmür. Əksinə onlar vəzifə kreslosunu başqasına verməməküçün canfəşanlıq etdirlər.
Son olaraq TƏBİB sədri Ramin Bayramlının öz ərizəsi ilə işdən çıxması, Azərbaycandaməmurlara xas olmayan nadir davranışlardan biri ilə bizi tanış etdi. Və eynizamanda yeni bir sualın yaranmasının da əsasını qoydu:
Azərbaycanda bu günə qədər hansı məmurlar öz ərizəsi ilə işdən çıxıb?
Azxeber.com keçmişdən bu günə kimi tutduğu vəzifədənistefa verən məmurların siyahısını hazırlayıb.
Həmin siyahını təqdim edirik:
Azərbaycan Liberal Partiyasının (ALP) lideri LaləŞövkət Azərbaycanın müstəqillik dönəmində istefa verən ilk yüksək vəzifəli şəxsolub.
O, 1993-cü ildə ölkə başçısıHeydər Əliyev tərəfindən Bakıya dəvət olunmuş və həmin il iyulun 7-də AzərbaycanRespublikasının dövlət katibi vəzifəsinə təyin edilmişdi. O 1994-cüilin yanvarında bəyan verərək, istefa verib. Bununlada Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedentiyarandı. Onu da qeyd edək ki, 2005-ci ildə millət vəkili seçilən Lalə Şövkət ozaman da deputatlıq mandatından imtina edən ilk xanım siyasətçi kimi də tarixədüşüb.
Milli Məclisin hazırkideputatı Sabir Rüstəmxanlı vaxtilə nazir postundan istefa verib. 1991-ci ildəAyaz Mütəllibovun hakimiyyəti dövründə mətbuat və informasiya naziri vəzifəsinətəyin olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri S.Rüstəmxanlı 4 ildən sonra 1995-ciildə tutduğu vəzifədən istefa vermişdi. 
1996-cı ilsentyabrın11-də Azərbaycanı şoka salan daha bir istefa baş verdi. O zaman Milli Məclisinsədri Rəsul Quliyev istefa verdi. O, elə həmin ildən ABŞ-a mühacirət etdivə hələ də orada yaşayır. 
1992-ci ildən Xarici İşlərNazirliyində şöbə müdiri, idarə rəisi, nazir müavini və daha sonra Xarici İşlərnaziri olan Tofiq Zülfüqarov də istefa verənlər sırasındadır. O, 1999-cu ildəöz ərizəsi ilə vəzifəsindən gedib. 
"Azərros"un AğsaqqallarŞurasının sədri Abbas Abbasov keçmişdə Nazirlər Kabinetində yüksək postlardanbirində yer almışdı. O, 1992-ci ildən 2006-cı ilədək Baş nazirin birincimüavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədriolan Abbas Abbasov öz ərizəsi əsasında işdən çıxarılmışdı.
Azərbaycan RespublikasıMeliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə də öz ərizəsi ilə vəzifəsindən istefa verənlər sırasındadır. Qeyd edəkki, o, 1993-cü ildən 2019-cu ilədək ölkənin meliorasiya və su təsərrüfatı sahəsinərəhbərlik edib.
30 sentyabr 2019-cu ildə Şirvandan deputat seçilənRafael Cəbrayılov deputat mandatından imtina edib. O, deputat mandatını borcqarşılığında saxlaması ilə bağlı xəbərlər yayılandan sonra öz postundan istefavermişdi. Bundan sonra keçmiş deputata cinayət işi qaldırılmış və o həbsedilmişdi.
Milli Elmlər Akademiyasının keçmiş prezidenti,akademik Akif Əlizadə istefa ərizəsi yazıb vəzifəsindən ayrılandan arasındadır.
AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz ərizəsiilə Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindənazad edilmişdi. 
Prezident İlham Əliyevin çağırışdan sonra istefaverənlərdən biri də Baş Nazirin müavini Əli Həsənov olmuşdu.
Digər öz vəzifəsindən gedən məmurlardan biri dəHacıbala Abutalıbovudur. O da işdən çıxarılması üçün öz ərizəsi ilə müraciətetmiş və sonuncu iş yeri olan Baş Nazirin müavini vəzifəsindən azad olunmuşdu.
Aydın Nuri

Siyasi       Tarix: 15 sentyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabar xeber az xəbərlər.com son xeberler az