Azərbaycanda bu şəxslərə hər ay 150 AZN-dən 300 AZN-dək pul veriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında və Azərbaycan Dənizçilik Kollecində təhsil alan, Vətən qarşısında xüsusi xidməti olan tələbələrə aylıq maddi yardım veriləcək.
azxeber.com bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, Qarabağ müharibəsi və yaxud 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailə üzvlərindən birinə 300 manat, Qarabağ müharibəsi ilə bağlı əlilliyi olan şəxslərə 200 manat, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçılarına (aidiyyəti dövlət orqanlarının verdiyi arayış əsasında) 150 manat ödəniş ediləcək.
Hazırda ASCO-da həm I Qarabağ, həm də II Qarabağ müharibəsində ailəsində şəhid olan əməkdaşlara 300, müharibə əlillərinə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 200, müharibə iştirakçılarına 150 manat aylıq ödəniş olunur.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var