Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir açıqladı

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir açıqladıSon 10 il ərzində ümumiyyətlə tibbdə inteqrativ tibb adlanan belə bir yanaşma var. Ondan sonra funksional tibb dedilər, amma inteqrativ tibb anlayışı çox vacib bir anlayışdır. 
azxeber.com xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının "Hədəf" proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, bu, gündəlik tibbi praktikada fərqli bir mədəniyyətin göstəricisidir:
"Məqsəd keçmişi və ya hər hansı bir üsulu inkar etmək deyil, həmin metodların sübuta əsaslanmış şəkildə tətbiqidir. Ənənəvi tibb dedikdə ənənəvi Çin təbabəti özünü tam sübuta yetirmiş və bir sıra xəstəliklərdə, eləcə də xəstəliklərdən əvvəlki mərhələdə effektivliyini sübuta yetirmiş bir üsuldur, tibb yanaşmasıdır. Digər ənənəvi Koreya tibbi və ənənəvi Şərq təbabəti də bu istiqamətə daxildir. Azərbaycan da onun ayrılmaz hissəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın tibb məktəbi bu məsələlərdə həmişə çox açıq olub və bu, sevindirici bir haldır".
Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi bu istiqamətdə müəyyən irəliləyiş əldə edib:
"Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin Ənənəvi Çin Təbabəti Universiteti ilə birgə Ənənəvi Çin Təbabəti diplom kursunun təşkili hazırda hazırlıq mərhələsindədir. Kurs ingilis dilində olacaq və nəinki azərbaycanlı həkimlər üçün, həmçinin regiondan və beynəlxalq səviyyədən gələn xarici həkimlər üçün də açıq olacaq. Müddəti bir və ya iki il ola bilər".
Nazirin sözlərinə görə, eyni yanaşma ənənəvi Koreya təbabəti ilə bağlı da tətbiq olunacaq:
"Hazırda aidiyyəti Koreya rəsmi qurumları ilə danışıqlar aparılır və qısa müddətdə bu proqram da Azərbaycanda tətbiq olunacaq. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən və bu sahəyə marağı olan ailə həkimləri, baza tibb təhsili olan insanlar və istənilən tibb ixtisasının daşıyıcıları üçün maraqlı olan bu kurslar onların gündəlik praktikalarında tətbiq etdikləri metodları daha da zənginləşdirəcək, seçim imkanlarını genişləndirəcək və vətəndaşlarımız üçün də müxtəlif üsulların tətbiqi ilə bağlı fərqli imkanlar yaradacaq. Bu, daha çox reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrılar və digər istiqamətlərdə geniş və effektiv tətbiq olunan müalicə üsullarıdır. Fitoterapiya da bura daxildir, yəni müalicəvi otlarla müalicə metodlarıdır. Bu, kompleks yanaşmadır. Bunu inkar etmək düzgün deyil. Əhalinin də buna meyli və marağı var. Ən azından ziyan gətirməsin deyə, bu metodların tətbiqi ilə məhz tibbi diplomu olan insanlar məşğul olmalıdır. Tibb təhsili alıb, istənilən tibb ixtisasına yiyələnən insanlar üçün bu, onların fəaliyyətini gücləndirən amillərdən biri olsun. Azərbaycanda bizim öz mütəxəssislərimiz də var, müəyyən bir məktəb formalaşıb. İstər özəl sektorda, istərsə də dövlət sektorunda fəaliyyət göstərən mütəxəssislər var. Düşünürük ki, onların da bu prosesə cəlb edilməsi bizim yerli ənənəvi tibb məktəbinin yeni müstəviyə qaldırılmasına imkan verəcək".
O əlavə edib ki, səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil:
"Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda bildiyiniz kimi, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər", - deyə T.Musayev qeyd edib.

Sosial       Tarix: 28 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber