Azərbaycanda çörəyin qiyməti bu tarixdən bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda çörəyin qiyməti bu tarixdən bahalaşacaq? - AÇIQLAMAAzərbaycanda çörəyin qiyməti arta bilər.
Buna səbəb ölkədə yanacağın qiymətinin artması, eləcə də Qazaxıstan və Rusiyadan idxal etdiyimiz buğda ilə bağlıdır.
Belə ki, Azərbaycan daxilində daşımalar, əkin-biçin, kənd təsərrüfatında, aqrar sahələrdə dizel yanacağından istifadə olunur. Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25% artıb. Habelə Azərbaycanın əsas buğda aldığı ölkələrdə - Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Bu o deməkdir ki, dünya bazarında da taxılın qiymətinin artması gözlənilir.
Bəs çörəyin qiyməti hansı tarixdən bahalaşacaq?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda un məmulatların qiyməti daha çox xarici bazarlardan asılıdır. Çünki bizim daxili tələbatımızı ödəmək üçün yerli istehsal cəmi 25%-ə kifayət edir. 75% əmtəəlik un məmulatlarında istifadə olunan buğdanı biz xaricdən alırıq.
"Keçən il yaz əkini zamanı Azərbaycanın əsas buğda aldığı ölkələrdə Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Sadəcə indi hamı payızlıq buğdanın miqdarına görə qiymət siyasətini müəyyənləşdirəcəyini düşünür.
Bir neçə aydan sonra payızlıq buğda bazara çıxacaq. Əgər buğdanın həcmi çox olacaqsa, bu qiymətlərin tənzimlənməsinə çox bahalaşmamasına səbəb ola bilər. Bu xarici amildir, daxili amil isə daha çox dizel yanacağı ilə bağlıdır.
Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25% artıb. Birdən-birə 25% qiymət artımı təbii ki, daxili bazarda qiymət formalaşmasına təsir göstərir. Buğdanın əkilməsi, biçilməsi, yığılması fermerlərə təsir göstərir, daşınma xərcləri artır", - deyə ekspert qeyd edib.
İqtisadçı-ekspert payız aylarında yeni ilə yaxınlaşdıqca çörəyin qiymətinin artmasını gözlədiyini vurğulayıb.
"Sadəcə Azərbaycanda bir özəllik də var ki, çörəyin qiyməti ən son artırılır. Azərbaycanda çörəyin qiymətinin artmasının başqa yolları da var. Bizdə çörəyin çəkisi azaldılır. Bu da əslində qiymət artımıdır. Yəni, çörəyin çəkisi azalır, amma satış qiyməti dəyişmir".
Digər həmsöhbətimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov məsələ ilə bağlı bildirib ki, çörəyin qiymətindəki sabitliyi qorumaq üçün ilk növbədə yerli istehsalı stimullaşdırmaq lazımdır. Çünki qeyri-müəyyən dünya iqtisadiyyatındakı şəraitlər, xüsusilə qiymətlərin dünya bazarında dəyişməsi idxaldan asılılıq şəraitində daxili bazara ciddi təzyiqlər göstərir.
"Digər tərəfdən biz Rusiya və Qazaxıstanla kifayət qədər konsktruktiv münasibətlər qurmuşuq və idxal baxımından bir qədər mövcud ola biləcək problemlərin qarşısını almışıq. Buna baxmayaraq, yerli istehsalın stimullaşdırılması dayanıqlı şəkildə qiymətlərin sabitliyinə müsbət təsirlər göstərə bilər".
İqtisadçı-ekspert qeyd edib ki, dövlət müvafiq fiskal mexanizmlərdən istifadə edərək qiymətlərin sabitliyinə doğru müvafiq addımlar ata bilər.
"Digər tərəfdən, bir sıra hallarda sahibkarlar birbaşa qiymət artımına deyil, çörəyin çəkisinin onun keyfiyyət strukturunun dəyişdirilməsi vasitəsilə faktiki olaraq reallıqda qiymət artımına gedir ki, bunun da istehlakçılar bir çox hallarda görmür, amma reallıqda bu da qiymət artımıdır".
Bütün bunlara əsaslanaraq ekspert qeyd edib ki, əgər dünya bazarında hansısa cüzi olmayan, xeyli böyük göstəricilərlə ifadə olunan qiymət dəyişiklikləri olarsa, onda Azərbaycanda da qiymətlərdəki dəyişkənlik qaçılmaz olacaq.
Ekspert düşünür ki, müvafiq mexanizmlər vasitəsilə dünya bazarında qiymətlər dəyişsə belə, ölkə rəhbərliyinin bu məsələyə həssas yanaşması nəticəsində maksimum çalışılacaq ki, qiymətlərin sabitliyi qorunsun. / azxeber.com

Sosial       Tarix: 11 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır

Xəbər verdiyimiz kimi, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək. Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti v

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını

Azərbaycanda əhalinin gəlirləri artdı

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin nominal gəlirləri artıb. xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi gəlirləri 37 milyard 699,8 milyon manat təşkil edib. Bu göstərici ötə

Bəyim Bayramova VƏFAT ETDİ

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbin keçmiş direktoru Bayramova Bəyim Vəli qızı 80 yaşında dünyasını dəyişib. . xəbər verir ki, bu barədə məktəbin paylaşdığı məlumatda deyilir. . Bəyim Bayramova məktəbdə 1969–200-c

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hav


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər kriminal xeberler xeber.az son xeberler idman xeberleri