Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - Seysmoloqdan cavab

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi? - Seysmoloqdan cavabMinlərlə insanın həyatına son qoyan zəlzələ Venesuelada faciənin miqyasını hər saat daha da böyüdür. Ölənlərin sayı artıq 2 595 nəfəri keçib, on minlərlə insanın isə taleyi hələ də naməlumdur. Bu dağıdıcı zəlzələ yeni narahatlıqları da gündəmə gətirib.
Bəs Venesuela ilə eyni seysmik qurşaqda yerləşən digər ölkələrdə də güclü zəlzələlər gözlənilirmi? Azərbaycanda seysmik vəziyyət necə qiymətləndirilir və belə bir risk nə dərəcədə realdır?
azxeber.com xəbər verir ki, geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru, seysmoloq Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Bu hadisə digər ölkələrdə, o cümlədən Azərbaycanda yaxın günlərdə və ya aylarda güclü zəlzələnin mütləq baş verəcəyini göstərmir. Dünyada seysmik qurşaqlar çox geniş əraziləri əhatə etsə də, hər bir regionda baş verən güclü zəlzələ başqa regionda analoji hadisəni işə salan proses kimi qiymətləndirilmir. Bu, heç də ardıcıl deyil. Yəni, Venesuelada dağıdıcı zəlzələ baş verdisə, indi Azərbaycanda və ya Türkiyədə də analoji hadisənin olacağı anlamına gəlmir. Belə bir birbaşa bağlantı yoxdur; hər bir seysmik zonanın öz geodinamik xüsusiyyətləri və gərginlik rejimi mövcuddur.
Ümumiyyətlə, 2026-cı il dünyada seysmik və tektonik aktivliyin davam etdiyini göstərir. Azərbaycanda da həmçinin, ilin ilk altı ayını təhlil etsək, seysmik və tektonik şəraitin aktiv olduğunu görərik. Digər ölkələrlə müqayisədə bu aktivlik o dərəcədə intensiv olmasa da, proses davam edir. İntensivliyin nisbətən aşağı olması dərinliklərdə baş verən tektonik-geodinamik proseslərin sürəti ilə bağlıdır".
Seysmoloqun sözlərinə görə, Azərbaycan Alp-Himalay seysmik qurşağının aktiv hissəsində yerləşir və buna görə də ölkəmizdə zəlzələlərin baş verməsi təbii geoloji prosesdir: "Ən yüksək seysmik aktivlik Böyük Qafqazın cənub-şərq yamacı (Şamaxı, İsmayıllı, Qəbələ), Şəki-Zaqatala-Balakən zonası, Talış dağları, Quba-Xaçmaz bölgəsi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorudur. Bu ərazilərdə tarixən dağıdıcı zəlzələlər qeydə alınıb. Hazırda isə Azərbaycanda seysmik vəziyyət adi fon səviyyəsində qiymətləndirilir.
Müasir rəqəmsal seysmik stansiyalar şəbəkəsi vasitəsilə ölkə ərazisində baş verən zəif və orta güclü yeraltı təkanlar Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən fasiləsiz izlənilir. İndiyədək əldə olunan elmi məlumatlar yaxın zamanda ölkədə dağıdıcı zəlzələnin baş verəcəyini göstərən etibarlı əlamətlərin mövcudluğunu deməyə əsas vermir.
Hiss olunan zəlzələlər isə qaçılmazdır və 2026-cı ilin altı ayı da göstərir ki, maqnitudası 4 ilə 5.5 aralığında olan təkanların baş verməsi gözləniləndir".
Seysmoloq vurğulayıb ki, müasir elm zəlzələlərin dəqiq vaxtını, yerini, ocağın dərinliyini və gücünü əvvəlcədən proqnozlaşdıra bilmir: "Bu, qeyri-mümkündür. Alimlər seysmoloji və tektonik amilləri nəzərə alaraq yalnız uzun və ortamüddətli seysmik təhlükəni qiymətləndirə, müəyyən ərazilərdə riskin yüksək olduğunu proqnozlaşdıra və tikinti normalarının buna uyğun tətbiqini tövsiyə edə bilərlər. Amma hadisənin dəqiq zamanını demək mümkün deyil.
Ona görə də Venesuelada baş vermiş faciə Azərbaycanda yaxın vaxtlarda oxşar zəlzələnin mütləq olacağı mənasına gəlmir və bu cür düşüncələr yanlışdır. Bununla belə, seysmik bölgədə yaşadığımız üçün binaların seysmik dayanıqlığının təmin edilməsi, daimi monitorinq sistemlərinin gücləndirilməsi və əhalinin zəlzələ zamanı davranış qaydalarını bilməsi risklərin azaldılmasının əsas şərtləridir".

Sosial       Tarix: 04 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Süni intellekti bilən müəllimlər yetişdirilməlidir

"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycand

Azərbaycanda avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, iyulun 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0363 manata kimi ucuzlaşıb, öz növbəsində, Rusiyanı

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg


son xeberler azerbaycan xeberleri yeni xeberler zelzele sonxeberler axsam az xeberler hava durumu