Azərbaycanda DƏHŞƏT: iki azyaşlı yanaraq ÖLDÜ - YENİLƏNİB
Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdən (müxtəlif konstruktiv elementlərdən ibarət özbaşına tikililər) ümumi sahəsi 45 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, ümumi sahəsi 60 m² (hər mərtəbəsi 30 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
KONKRET.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
xxx
15:17
Sumqayıtda iki azyaşlı yanaraq ölüb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb. Belə ki, fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva yanaraq ölüb.
Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır