Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bir neçə ay ərzində Azərbaycanda devalvasiya olacağı, manatın kəskin dəyər itirəcəyi barədə iddialara aydınlıq gətirib.
KONKRET.azxəbər verir ki, deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan üzən məzənnə rejiminə keçməyib:
"Azərbaycanda manatın məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib. Yəni praktiki olaraq Mərkəzi Bank manatın məzənnəsinin müəyyənləşdirilməsində aparıcı qurumdur. Eyni zamanda interfeys imkanlarını qoruyub saxlayır. Ümumən, manatın məzənnəsi həm də ölkəyə daxil olan valyutanın həcmindən asılı olaraq müəyyənləşir. Nəzərə alsaq ki, ölkəyə daxil olan valyutanın həcmi həm də neftin dünya bazarındakı qiyməti ilə bağlıdır. 2024-cü ildə neftin dünya bazarında qiyməti praktiki olaraq ölkəyə daxil olan valyutanın həcminə, eyni zamanda manatın məzənnəsinə təsir göstərən faktorlardan olacaq. Amma növbəti aylarda, eləcə də 2024-cü ildə manatın məzənnəsinin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Bu mövqeyə uyğun məzənnə siyasəti və manatın kursu növbəti dövrlərdə də müəyyənləşdiriləcək. Bir sözlə, manatın məzənnəsinin dəyişib-dəyişməməsi ilə bağlı qərar məhz Mərkəzi Bankın mövqeyindən asılıdır".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR