Azərbaycanda ən çox pul xərcləyən ailələr açıqlandı

Azərbaycanda ən çox pul xərcləyən ailələr açıqlandıAzərbaycanda ev təsərrüfatı başçısının statusundan asılı olaraq adambaşına düşən aylıq istehlak xərcləri fərqlənir.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, ev təsərrüfatı başçısı muzdla işləyən ailələrdə adambaşına aylıq istehlak xərcləri 399,9 manat təşkil edir. Bu, digər kateqoriyalarla müqayisədə ən yüksək göstəricidir.
Özünüməşğul şəxslərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına istehlak xərcləri 374,8 manat, pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ailələrdə 379 manat, digər kateqoriyaya daxil olanlarda isə 379,1 manatdır.
Bütün qruplarda xərclərin ən böyük hissəsi ərzaq məhsullarının payına düşür.
Muzdla işləyənlərin ailələrində adambaşına ərzağa ayda 169 manat, özünüməşğul şəxslərin ailələrində 160,5 manat, pensiyaçı, müavinət və təqaüd alanların ailələrində 164,4 manat xərclənir. "Digər" kateqoriyasında isə bu göstərici 180,7 manatla ən yüksək həddə çatır.
Muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatlarında adambaşına ayda su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə 30 manat, səhiyyəyə 20,7 manat, nəqliyyata 27,5 manat, təhsilə 7,2 manat, istirahət və mədəniyyət xidmətlərinə 17,3 manat sərf edilir.
Pensiyaçı, müavinət və təqaüd alanların rəhbərlik etdiyi ev təsərrüfatlarında səhiyyə xərcləri adambaşına 21,2 manat təşkil edir. Bu, cədvəldə göstərilən qruplar arasında səhiyyə üzrə ən yüksək göstəricidir.
Məlumatlara görə, mehmanxana, kafe və restoran xidmətlərinə ən çox vəsaiti də muzdla işləyənlərin rəhbərlik etdiyi ev təsərrüfatları xərcləyir – adambaşına ayda 30 manat.
Özünüməşğul şəxslərdə bu göstərici 27 manat, pensiyaçı, müavinət və təqaüd alanlarda 27,2 manat, digər kateqoriyada isə 26,5 manatdır.

Sosial       Tarix: 10 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu