Azərbaycanda həbs edilmiş polis zabiti hakimləri söydü: Cəzası artırıldı

Azərbaycanda həbs edilmiş polis zabiti hakimləri söydü: Cəzası artırıldıBir neçə gün əvvəl Şəki Rayon Məhkəməsində Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru işləmiş, rüşvət və sənədlərin saxtalaşdırılmasına görə barəsində cinayət işi açılaraq məhkum edilmiş 1985-ci il təvəllüdlü Şahin Əhmədovun həbs müddəti artırılıb.
azxeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə hökm elan edildikdən sonra hakimləri söyərək təhqir edən Ş.Əhmədov barəsində Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə açılmış işə baxılıb. Şəki Rayon Məhkəməsinin hökmü ilə keçmiş polis zabitinin cəzası 4 ay artırılıb.
Qeyd edək ki, Zərdab rayon sakini olan Şahin Əhmədov baş inspektor işləyərkən bir qrup polis əməkdaşı və İran vətəndaşı ilə əlbir olaraq xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində təqsirli bilinib. Məlum olub ki, həmin vaxt o, külli miqdarda rüşvət müqabilində Dövlət Miqrasiya Xidmətindən müvafiq arayışları olmayan, üzünü belə görmədiyi bir neçə İran vətəndaşını Ucarın müxtəlif kəndlərinə qeydiyyata almaqla onlara Azərbaycan Respublikasının saxta şəxsiyyət vəsiqəsini verib.
2019-cu ildə bu əməllər üzə çıxdıqdan sonra Ş.Əhmədovla əlbir olan dəstə üzvləri həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin Şəki Apellyasiya Məhkəməsi cəzanı daha da ağırlaşdıraraq həbs müddətini 9 il 6 aya çatdırıb. Bundan sonra məhkum hakim G.Abbasovun sədrlik etdiyi kollegiyanın ünvanına ağır ifadələr işlədib və bu görüntülər məhkəmə kamerası tərəfindən qeydə alınıb.

Sosial       Tarix: 02 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler en son xeberler bu gun metbuat xəbərlər