Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi işsizlərin sayında artım qeydə alınıb.
Belə ki, bu il iyulun 1-nə ölkə üzrə 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 3,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,5 faiz artıb.
Rəsmi işsizlərin sayının yüksəlməsi ölkənin əmək bazarında baş verən proseslərlə bağlı suallar yaradır. Bəs işsizlərin sayındakı artımın əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, işsizliyin azalması üçün əsas istiqamət qeyri-neft sektorunun inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasıdır:
"Qeyri-neft sektoru inkişaf etməlidir. İqtisadiyyat inkişaf etməlidir ki, şirkətlər yeni iş yerləri açsınlar. Əvvəldən də ölkədə qeyri-neft sektorunun inkişafı yaxşı vəziyyətdə deyildi. Dövlət iş yerləri açırdı, amma dövlətin iş yeri açması da məqsədəuyğun deyildi. Birincisi, dövlət bürokratiyası böyüyür, ikincisi də davamlı surətdə verginin artırılmasına və neft pulundan asılılığa gətirib çıxarır".
İqtisadçı qeyd edib ki, dövlət üçün daha dayanıqlı model özəl sektorun və qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsidir:
"İndi yeganə stabil, sağlam yol qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Qeyri-neft sektoru inkişaf etməlidir, qeyri-neft iqtisadiyyatı artmalıdır ki, şirkətlər böyüsün, böyümə haqqında düşünsün və yeni iş yerləri açılsın".
Fəridə Əsədzadə

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub