Azərbaycanda 'JEK' işçisi telegramda 18+ kanal açdığına görə tutuldu
Teleqram sosial şəbəkəsində pornoqrafik kanallar açan şəxs saxlanılıb.
azxeber.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə "Az18Plus" və "Az18PlusCHAT" adlı kanallar açaraq müxtəlif pornoqrafik videoları yayan şəxsin Yevlax sakini, 1986-cı il təvəllüdlü C. Məmmədli olması müəyyən edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, o, pul qazanmaq məqsədilə teleqramda qeyd edilən iki kanalı 2020-ci ildə açıb və kanallara müvafiq olaraq 33 min və 8 minə yaxın şəxs üzv olub. Azərbaycan, Türkiyə və xarici ölkələrdə çəkilmiş pornoqrafik video və fotoları kanalında yayan şəxsə daha sonra müxtəlif reklam təklifləri gəlib. O, reklamdan aylıq 800-900 manatadək qazanc götürüb.
O da məlum olub ki, saxlanılan şəxs Yevlaxdakı 2 saylı MKİS-in (Mənzil Kommunial İstismar Sahəsi) əməkdaşıdır. Onun barəsində Cinayət Məcəlləsinin 242-ci) Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə iş açılıb.
Yevlax Rayon Məhkəməsi C.Məmmədlinin qazancından 20 faiz dövlət nəfinə tutulmaqla onun 2 il müddətinə islah işləri cəzası verib.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu