Azərbaycanda kartofun qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda kartofun qiyməti ucuzlaşacaq? - AÇIQLAMADövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır. Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,11 %-ni təşkil edib.
Ehtimallara görə, ixracın azalması, fermerlərimizin istehsal etdikləri kartofun yerli bazarlara daha çox çıxarılmasına şərait yarada bilər.
Belə olan halda, təklifin artmasının qiymətlərin ucuzlaşmasına gətirib çıxaracağını gözləyənlər də az deyil.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Akif Nəsirli isə ixracın azalmasını məhsuldarlığın aşağı olması ilə əlaqələndirib:
"Hazırda yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin artacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb. Bir müddət sonra Pakistan kartofu da bazara daxil olacaq. Bu da təbii haldır, çünki bazar dövlət tərəfindən tənzimlənmir. Bazar tələb-təklif təsirləri altında nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat aşağı düşür".
Onun sözlərinə görə, əsas ixrac faraş kartofun üzərinə düşür:
"Belə ki, illik ixracat ümumi götürülür və əsasən aprel-may aylarından başlayır. Bu da ölkəmizdə havaların xoş, yəni isti keçməsi ilə bağlıdır. Bəllidir ki, belə havada kartof tez yetişir". / azxeber.com

İqtisadiyyat       Tarix: 20 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər xabar az cəbhədən canlı metbuat