Azərbaycanda kişi meyvə qabını sevgilisinin başında sındırdı

Azərbaycanda kişi meyvə qabını sevgilisinin başında sındırdıGəncə şəhərində 1989-cu il təvəllüdlü Rəşad Quliyev şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Yasəmənə (adlar şərtidir – red.) xəsarət yetirib.
azxeber.com bizim.media-ya istinadən xəbər verir ki, hadisə bu il mayın 30-da baş verib.
Rəşad yaşadığı evdə qısqanclıq zəminində sevgilisi ilə mübahisə edib və stolun üstündəki şüşə materialdan olan meyvə qabını onun başının sağ gicgah nahiyəsindən vurub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad bildirib ki, Yasəməni bir ildir tanıyır:
"Mənim Yasəmən ilə qeyri-rəsmi münasibətim olub. Yasəmən ilə münasibətim əvvəllər normal idi. Son vaxtlar Yasəmən ilə aramızda qısqanclıq zəminində mübahisələrimiz olub. Yasəmən mənim ayrı-ayrı qadınlarla münasibət saxladığımı eşitdiyi üçün mübahisə etməyə başlayıb".
Təqsirləndirilən şəxs deyib ki, mayın 30-da Yasəmən onun münasibətdə olduğu qadına telefon vasitəsilə səsli mesaj göndərib və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışıb:
"Bunu bildikdən sonra Yasəmənin anası və bacısına zəng vurdum və bildirdim ki, Yasəməni başa salsınlar, mənim barəmdə cəmiyyət içində nüfuzdan salacaq nalayiq sözlər danışmasın. Lakin bu, heç bir fayda vermədi. Buna görə də həmin gün saat 14 radələrində Yasəmənin yaşadığı evə getdim.
Ona nə üçün belə etdiyini, barəmdə başqaları ilə danışdığını, məni cəmiyyət içində nüfuzdan salmağa çalışdığını soruşdum. Yasəmən mənimlə mübahisə etdi və "yaxşı etdiyini" dedi. Eyni zamanda bu hərəkətlərini davam etdirəcəyini söylədi. Həmin vaxt əsəbi olduğum üçün stolun üzərində olan meyvə qabını Yasəmənin baş nahiyəsindən vurdum".
Cinayət işi üzrə zərərçəkmiş Yasəmənin sözlərinə görə, 2022-ci ilin aprel ayında Rəşadla onun arasında qısqanclıq zəminində mübahisələr baş verib:
"Rəşad öz dostunun adından məndən orta məktəbdə idman müəlliməsi işləyən Səlimənin telefon nömrəsini istədi. Bundan sonra Rəşad məndən xəbərsiz Səlimə ilə qeyri-rəsmi olaraq yaşamağa başladı.
Daha sonra Səlimədən eşitdim ki, Rəşaddan öz nömrəsini haradan tapdığını soruşub, Rəşad həmin nömrəni dostunun yaşadığı qızdan, yəni məndən aldığını söyləyib. Bunu bildikdən sonra Rəşadla aramızda narazılıqlar yarandı".
Zərərçəkmiş qeyd edib ki, hadisə günü Rəşad onun yaşadığı evə gəlib və heç bir səbəb olmadan onunla mübahisə etməyə başlayıb:
"Rəşad mənə dedi ki, sənin saçını qırxaram. Bu zaman bizi aralaşdırmağa çalışan anamı da kənara itələdi və masanın üzərində olan şüşə meyvə qabını götürərək başıma vurdu. Həmin vaxt baş nahiyəmdən xəsarət aldım".
Zərərçəkmiş qeyd edib ki, bir qədər sonra bacısı evə gəlib və baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşad 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.
Təqsirləndirilən şəxsin cəzasının icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə olunub.

Sosial       Tarix: 15 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler 2026 idman xeberleri dunya xeberleri xeberler az