Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır.
İllər əvvəl öz vəsaiti hesabına kombi sistemi quraşdıran ev sahibləri mövcud avadanlıqlarını dəyişməli olacaqlarmı? Yeni sistemə keçid məcburi xarakter daşıyacaqmı və bu, ailələrin kommunal xərclərinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, qazla işləyən kombilərin elektrik istilik nasosları ilə əvəzlənməsi enerji səmərəliliyi və ətraf mühitin qorunması baxımından müsbət addımdır.
Bununla belə, Azərbaycanda belə bir keçid zamanı əhalinin maddi imkanları mütləq nəzərə alınmalıdır.
Ekspertin sözlərinə görə, Avropa ölkələrində tətbiq olunan enerji səmərəliliyi və ESG meyarları da bu istiqaməti dəstəkləyir. Lakin yeni texnologiyaların tətbiqi zamanı sosial və iqtisadi amillər diqqətdən kənarda qalmamalıdır.
"Bu gün orta statistik Azərbaycan ailəsi gəlirinin təxminən 55 faizini ərzaq xərclərinə yönəldir. Bu, kifayət qədər böyük məbləğdir. Kommunal ödənişlər, kreditlər və digər gündəlik məsrəflər də ailə büdcəsinə ciddi təsir göstərir. Belə bir şəraitdə vətəndaşdan evindəki işlək kombini sökmək, yeni avadanlıq almaq və quraşdırma üçün əlavə vəsait xərcləmək tələb olunarsa, bu, ailələr üçün ciddi maliyyə problemi yarada bilər", – deyə mütəxəssis vurğulayıb.
Asif İbrahimov qeyd edib ki, elektrik istilik nasosları düzgün seçildikdə və quraşdırıldıqda enerji istehlakını azalda bilər. Ancaq əldə olunacaq qənaət bir neçə amildən, o cümlədən elektrik enerjisinin tariflərindən, binanın istilik izolyasiyasından və avadanlığın qiymətindən asılıdır.
Onun fikrincə, yeni sistemə keçid proqramı hazırlanarkən ailələrin əvvəlki və sonrakı kommunal xərcləri müqayisəli şəkildə hesablanmalıdır.
Əks halda, enerji səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən dəyişikliklər vətəndaşlar üçün əlavə maliyyə yükünə çevriləcək.
Ekspert hesab edir ki, 2035-ci ilədək nəzərdə tutulan keçid mərhələli şəkildə həyata keçirilməli, mövcud kombilərin hansı hallarda istifadədə qala biləcəyi barədə aydın qaydalar müəyyənləşdirilməlidir.
"Vətəndaşlara uzun müddət əvvəl öz vəsaitləri hesabına quraşdırdıqları avadanlığı dərhal dəyişmək məcburiyyəti yaradılmamalıdır. Yeni sistemə keçid zəruri hesab edilərsə, dövlət tərəfindən subsidiya, güzəştli kredit və digər dəstək mexanizmləri tətbiq olunmalıdır", – deyə o, bildirib.
Asif İbrahimovun qənaətinə görə, yaşıl texnologiyaların tətbiqi əhalinin həyat şəraitini yaxşılaşdırmalı, enerji xərclərini azaltmalı və uzunmüddətli iqtisadi fayda yaratmalıdır. Yeni avadanlığın alınması və quraşdırılması üçün tələb olunan ilkin xərcin necə qarşılanacağı isə əvvəlcədən müəyyənləşdirilməlidir.
Mütəxəssis vurğulayıb ki, modernləşmə proqramları əhalinin real gəlirləri ilə uzlaşdırılmalı, vətəndaşlar həm ətraf mühitin qorunmasından, həm də yeni texnologiyaların iqtisadi üstünlüklərindən faydalana bilməlidirlər.
Beləliklə, qazla işləyən kombilərdən elektrik istilik nasoslarına keçidin Azərbaycan ailələri üçün hansı şərtlərlə həyata keçiriləcəyi, mövcud avadanlıqların istifadəsinə hansı qaydaların tətbiq olunacağı və xərclərin necə tənzimlənəcəyi əsas məsələlər olaraq qalır.
Yaşıl keçid ailə büdcəsinə əlavə yük deyil, uzunmüddətli qənaət gətirməlidir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 24 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb

Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq sahədə baş vermiş yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində təxminə

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:. Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-d

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. -a istinadla xəbər verir ki, "Servan Kəlbəcər" MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 min 66 manat vergi borcu yaranıb. Dövlət Vergi Xidmətini

Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"

Son zamanlar bir sıra bankların fəaliyyətində geriləmə müşahidə edilir. Belə ki, mənfəətləri kəskin azalır və ya bağlanma təhlükəsi yaşayırlar. Bəs hazırda hansı bankların bağlanma təhlükəsi mövcuddur?. KONKRET.azxəbər veri

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA

2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən istilik avadanlıqlarının elektrik istilik nasosları ilə əvəzlənməsi hədəfi vətəndaşların qarşısında bir sıra suallar yaradır. İllər əvvəl öz vəsaiti hesabın


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com cəbhədən son durum ensonxeberler sonxeberler