Azərbaycanda mağazadan şampun oğurlayan kişini döyüb videoya çəkdilər - VİDEO
Sosial şəbəkələrdə mağazadan oğurluq etdiyinə görə mağaza sahibi tərəfindən döyülən şəxsin görüntüləri yayılıb.
Görüntülərdə mağaza sahibi və daha bir neçə nəfərin oğurluq etdiyi deyilən şəxsə zorakılıq etdiyi görünür. Onlar üzərindən bir neçə şampun çıxan sakindən 100 manat pul tələb edir, ona şillə vuraraq alçaldırlar. Törətdikləri əməlləri isə videoya çəkirlər.
Görüntülərin Gəncədə şəhərində çəkildiyi iddia edilib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb:
"Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini, Ə.Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib. Həmin şəxslər zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq göstərməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakının tələf etmə hədəsi ilə 100 manat pul tələb etməsinə görə saxlanılmış, barələrində CM-nin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".
Qeyd edək ki, Ə.Qasımov bu ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunsa da, daha sonra sərbəst buraxılıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var