Azərbaycanda məmur döyüldü
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işləyən 1999-cu il təvəllüdlü Seymur Eylaz oğlu döyülüb.
KONKRET.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şahbuz rayonunun Daylaqlı kəndində baş verib.
Seymur həmkəndlisi, 1983-cü il təvəllüdlü N.Cəfərov tərəfindən döyülüb.
Belə ki, N.Cəfərov yumruqla Seymurun çənə nahiyyəsindən vuraraq ona xəsarət yetirib.
İş üzrə izahat verən təqsirli bilinən N.Cəfərovun sözlərinə görə, hadisə günü mal-qaranın gələn vaxtı həyətyanı sahədə biçilmiş otu komalayıb:
"Təqribən saat 20-21 radələrində Seymur həyətyanı sahəsimə daxil oldu. Salamlaşdıqdan sonra mənə kənd ərazisində mal-qaranın otarmaq növbəsini dəyişmək istədiyini deydi. Mən isə ona cavabımda "olmaz, mən heç kimlə növbə dəyişmirəm, səbəbi isə növbəmi dəyişdikdən sonra bir baş iribuynuzlu malımı öldürdü" dedi. Mən Əziz haqqında 1-2 nalayiq ifadə işlətdim. Əziz adlı şəxsin Seymurun əmi-nəvəsi olmağını bilmədim. Seymur isə mənə qarşı təhqiredici ifadələr işlətdi. Bu zaman Seymuru sol əlim ilə çənəsindən bir yumruq zərbəsi vurdum".
Şahbuz rayon Məhkəməsinin qərarı ilə N.Cəfərov 10 gün müddətinə inzibati həbs tətbiq edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir