İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdiAzərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
KONKRET.azxəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq ölkəyəə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.
Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.
Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olundu. Bu xüsusda siyasi, iqtisadi-ticar, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.

Siyasi       Tarix: 24 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər

Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri qəbul olunub. xəbər verir ki

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Azərbaycanın Macarıstandak

Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ

Şimali Koreya lideri Kim Çen İnin səhhəti və hakimiyyətin gələcəyi ilə bağlı yayılan məlumatlar beynəlxalq diqqəti yenidən bu ölkəyə yönəldib. Belə bir vəziyyətin təsdiqlənəcəyi təqdirdə, Şimali Koreyada siyasi hakimiyyəti

Hindistanın XİN rəhbəri Azərbaycana gəlir

Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Azərbaycana səfər edəcək. xəbər verir ki, səfər çərçivəsində Hindistanın xarici işlər naziri bir sıra görüşlər keçirəcək. Bundan başqa, Subramanyam Caişankarın Azərbaycanı

Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıdakı tarixi Atəşgah məbədini ziyarət edib. xəbər verir ki, Cayşankar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Bakıdakı tarixi Atəşgah od məbədin

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan və Azərbaycan neft sənayesi və energetika ilə yanaşı, investisiya əməkdaşlığını digər sahələrə də inkişaf etdirmək barədə razılığa gəliblər. xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşanka

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın işğaldan azad edilmiş ərazilərd

İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi oktyabrın 20-də keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanda hicabla bağlı tətbiq olanan qaydalara münasibət bildirib. xəbər verir ki, o, Azərbaycan xalqının müsəlma

Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?

"Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyi barədə açıqlaması Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində müəyyən taktiki dəyişikliklərin olduğunu göstərsə də, bun


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 cebheden xeberler novruz bayramı ensonxeberler