Azərbaycanda məzənnə rejimi gələn il də dəyişməyəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.
"Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir", – deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycanda 2018-ci il martın 7-dən bəri milli valyutanın məzənnəsi dəyişməyib.
T.Kazımov həmçinin deyib ki, Azərbaycanda investisiya fondlarının yaradılması üçün kapital bazarı inkişaf etməlidir.
"İndi investisiya fondu yaratsaq, vəsaitlər xaricə axıb gedəcək", – deyə baş bankir əlavə edib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var