Azərbaycanda oğru oğurluğa girdiyi evlərdə qadınları təcüvüz etməyə çalışıb... - Biri hamilə olub
Xaçmazda oğurluğa girdiyi evlərdə qadınlara təcavüz etməyə cəhd göstərən şəxsə hökm oxunub.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1990-cı il təvəllüdlü Kənan Quliyev (soyad şərtidir) 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun törətdiyi ilk əməl 2020-ci ilin 24 sentyabr tarixində, digər cinayət hadisəsi isə 23 iyun 2021-ci ildə baş verib.
Epizodların birində Kənan evə daxil olan zaman ev sahibi Aysel Qulamova (ad-soyad şərtidir) hamamda olub. Aysel hamamdan çıxdığı zaman onunla qarşı-qarşıya gəlib. Bu zaman Aysel qışqırmağa başlayıb, Kənan isə mətbəxdən götürdüyü bıçaqla onu qorxudub. Davamında isə təcavüz etməyə çalışsa da, Aysel müqavimət göstərməyi bacarıb. Cinayətkar qadına zərbələr və bıçaqla xəsarət yetirsə də, Aysel təslim olmayıb. Qadınla bacarmadığını görən Kənan evdən qaçıb. Aysel isə qonşuluğa qaçaraq qışqırmağa, hadisə barədə məlumat verməyə başlayıb. Davamında isə hadisə yerinə polis əməkdaşları gələrək qadının izahatını alıblar.
Digər cinayət epizodu da eyni ərazidə baş verib. Kənan bu dəfə Ayselin qonşuluğunda azyaşlı övladları ilə yaşayan Nigar Səlimovanın (ad-soyad şərtidir) evinə qanunsuz daxil olub. Bu zaman Nigar övladlarını marketə çörək almağa göndəribmiş. Kənan evə daxil olan zaman yenə eyni məqsədlə Nigarı hədələyib. Nigar isə daha ağıllı davranaraq, evində kamera olduğunu, hazırda evin həyat yoldaşı tərəfindən izlənildiyini deyib. Bundan sonra Kənan Nigara evdən həyətə çıxmağa məcbur edib. Elə bu anda darvaza döyülüb, Nigarın övladları marketdən qayıdıb. Kənan Nigara uşaqları evə salmağı, özünün isə bağa gəlməyini tapşırıb. Qadın isə davrazanı açaraq uşaqlara qaçmağı tapşırıb, özü də qonşusugilə qaçıb. Baş verən hadisə zamanı Nigar cinayətkar şəxsin üzünü tam görüb.
Onu da bildirək ki, Nigar Səlimova hadisə baş verən zaman 6 aylıq hamilə olub.
O, daha sonra qonşuluqda da oxşar hadisə baş verdiyini öyrənib. Polis şöbəsində isə hər iki əməli törədən şəxsin Kənan Quliyev olduğu müəyyənləşib. Bu, zərərçəkənlərin üzləşdirilməsi zamanı baş verib
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var