Azərbaycanda pakistanlı tələbənin onlayn oğurluğu

Azərbaycanda pakistanlı tələbənin onlayn oğurluğuAzərbaycanda təhsil alan və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talamaqda təqsirləndirilən Pakistan vətəndaşı Mustafa Ghulamın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Tələbə kimi Bakıya pənah gətirən pakistanlı gəncin hansı üsulla oğurluq etməsi ictimaiyyətə qaranlıq qalıb.
azxeber.com Lent.az-a istinadən həmin cinayət işi üzrə materialları təqdim edib.
İttihama görə, Mustafa Ghulam Pakistan vətəndaşı olan qrupun digər üzvü və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girib. O, bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qrupun digər üzvü ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edib.
Həmin hesablarda olan pul vəsaitləri ilə bir sıra internet dükanlarından qol saatı, mobil telefon, simsiz qulaqlıqlar, notbuk, makbuk, planşet, oyun aparatı, videokamera və s. elektronika mallarının onlayn qaydada alışını edib. Sonra qrupun digər üzvləri ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən onlayn satış həyata keçirən dükanların kuryer xidmətlərindən məhsulları Bakı şəhərində müxtəlif ünvanlarda qəbul etməklə səyyar qaydada nağd pulla satışını həyata keçirib.
2022-ci ilin yanvar ayının ortalarından etibarən məhsulların bir hissəsini metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki mobil telefon satışı məntəqələrinə rəsmi sənəd əsasında orta bazar qiymətindən ucuz satıb. Nağd şəkildə əldə etdiyi pulun bir hissəsini qazanc kimi özünə götürüb. Digər hissəsini isə cinayətkar qrupun başqa bir üzvünə göndərib. Həmin məbləği müştərilərinin hesablarından pul vəsaitləri oğurlanmış xarici ölkə banklarının etiraz sorğusu əsasında geri qaytarılmasını təmin edib. 
İş üzrə zərər ümumilikdə 228 418 manatdır. 
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Mustafa Ghulam özünü təqsirli bilməyib. O bildirib ki, Bakıda Rəssamlıq Akademiyasında təhsil alır. Onun sözlərinə görə, Bakı şəhərinə həm işləmək, həm də təhsil almaq məqsədilə gəlib:
"2021-ci ilin oktyabr ayının əvvəllərində Bakıda həmyerlim Sohail Qasımla tanış oldum. 10-15 gün sonra Sohail Türkiyəyə getdi. O, Türkiyəyə getməzdən əvvəl mənə iş təklif etdi. Danışıq zamanı Sohail izah etdi ki, pul verib onlayn qaydada bank kartları alır. Həmin kartlardan da Bakı şəhərində yerləşən dükanlardan alış-veriş edir. Sohail mənə dedi ki, Londonda olan dostu onlayn qaydada sifariş verəcək, mən də gedib həmin məhsulu dükandan götürməliyəm.
Razılaşmaya əsasən, mən məhsulu satıb 5 faiz pulu özümə götürməli, qalan pulu isə Sohailə göndərməliydim. Tələbə olduğumdan pula ehtiyacım vardı, buna görə də Sohailin təklifi ilə razılaşdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Bakıda onlayn satış həyata keçirən dükanlardan aldığı məhsulları qəbul edib metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki telefon dükanına nağd qaydada satıb:
"Əldə edilmiş pul vəsaitini Türkiyədə İstanbul şəhərində yaşayan Sohailə göndərirdim. Pulun böyük bir hissəsi Sohailə çatırdı, bir hissəsini isə mən özümə götürürdüm. Bir müddət sonra pulları toplayıb Sohalinin tapşırığı ilə Bakıdan Pakistana gedən şəxslərlə ailə üzvlərinə yolladım. 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən Sohaillə birlikdə bu işlə məşğul olmağa başladıq. Əsasən elektronika mağazalarının saytlarından onlayn qaydada mobil telefonlar, qulaqcıqlar, makbuklar, notbuklar, PS4 oyun aparatı alırdıq. Məhsulları mənə kuryerlər gətirib müxtəlif ünvanlarda təqdim edirdi. İlk dəfədən məhsulları metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən iki dükana nağd qaydada satdığım üçün növbəti satışları da həmin dükana edirdim. Bundan əlavə, özüm başqa bir mağaza tapmışdım. Onlara aparıb məhsulları nağd qiymətə verirdim".
Mustafa Ghulam deyib ki, birinci dəfə Sohailin göndərdiyi ünvan ilə Nərimanov rayonu ərazisində yerləşən mağazanın kuryeri ilə görüşüb:
"Tanımadığım həmin kuryerdən 2 ədəd "Samsung Galaxy S21" mobil telefonu, 1 ədəd "Acer" markalı notbuku və bu kimi təxminən 20 000 manat dəyərində bir neçə məhsulu qəbul etdim. Sonra Sohail mənimlə telefonla danışdı. Dedi ki, metronun "Neftçilər" stansiyası tərəfdə telefon dükanlarına yaxınlaşım və həmin mobil telefonların, texniki cihazların ucuz qiymətə satışını həyata keçirim. Mən bir neçə dükanda qiymətlə maraqlandım, sonda isə iki dükana satdım.  
Təxminən 70-80 min manat dəyərində məhsul satmışam. Həmin məhsullar dükandan onlayn qaydada baha alınırdı. Lakin, mən həmin malları dəyərindən ucuz satırdım. Buna görə də dəyəri təxminən 70-80 min manat təşkil edərdi. Həmin pulun 5 faizi mənim qazancım olub, qalan hissəsi Sohailə göndərmişəm. Sohailin Pakistanın ASCREE bankındakı hesabı vardı. Pulu həmin bank hesabına köçürürdüm. Kolumbiya, Kanada, ABŞ, Honq-konq vətəndaşlarına aid vətəndaşların hesablarındakı pul vəsaitlərinin oğurlanmasında məlumatım olmayıb. Lakin onlayn satış həyata keçirən dükanlardan məhsul qəbul edib satmışam. Sohail qəbzlərin fotoşəkillərini göndərirdi. Mən də kuryerdən hansı malı qəbul etdiyimi ondan bilirdim".
Məhkəmədə sualları cavablandıran Pakistan vətəndaşı bildirib ki, xarici vətəndaşlara aid bank kartı məlumatlarını kimin və hansı şəkildə ələ keçirildiyini bilməyib.
Mustafa Ghulam istintaqda və məhkəmədə verdiyi ifadələr ziddiyyət təşkil edib. Bu səbəbdən onun istintaqa verdiyi ifadələr elan olunub. 
İstintaqdakı ifadəsindən məlum olub ki, təqsirləndirilən şəxs Sohail ilə danışıq zamanı "sən bu pulları haradan əldə edirsən" deyə soruşub. Sohail isə cavabında ona hakerlərin onlayn qaydada oğurlanmış bank hesablarını satdığını, həmin bank hesablarını pul ilə aldığını, burada heç bir problem olmadığını deyib. Sohailin danışığından belə məlum olub ki, o, xarici vətəndaşların bank kartı hesablarını oğurlayaraq pulları nağdlaşdırmaq üçün bu üsula əl atır və onlayn qaydada aldığı malları əldə edib satmaq üçün ona müraciət edir. O, Sohailin bu əməlini başa düşərək birlikdə işləməyə razılıq verib, satdığı hər mala görə 10 faiz pulu özünə qazanc kimi saxlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mustafa Ghulam 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə, həmçinin, qeyd edilib ki, təqsirləndirilən şəxs cəza müddətini başa vurandan sonra Azərbaycan hüdudlarından məcburi qaydada çıxarılmalıdır.

Sosial     Baxılıb: 263   Tarix: 16 avqust 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ İranın enerji və bank sektorlarına, eləcə də ölkənin əsas şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "ABC News" telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadə

ABŞ-ın Venesuela neftinə müdaxiləsi, qlobal bazara və Azərbaycana necə təsir göstərəcək? - Mümkün VERSİYALAR

Qlobal enerji bazarlarında baş verən dalğalanmalar fonunda neft qiymətlərinin artımı yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Ekspertlər hesab edirlər ki, bu proses təkcə enerji sektoruna deyil, eyni zamanda inflyasiy

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI

2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir. . xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib. . Nazir bildirib ki

Ana dilinə hörmət milli ləyaqət məsələsidir' - Deputat

"Möhtərəm cənab Prezident İlham Əliyevin dil məsələsinə yenidən toxunması, bu mövzunun dövlətçilik baxımından nə qədər həssas və strateji əhəmiyyət daşıdığını bir daha açıq şəkildə göstərir". Bu sözləri -a açıqlamasınd

Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. . Bildirilib ki, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanı

Keçmiş icra məmuru vəfat etdi

Ağstafa rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Murad Nəzirov vəfat edib. xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. . M.Nəzirov uzun sürən xəstəlikdən sonra 38 yaşında vəfat edib. Onun Tura

Azərbaycan hər şeydən öncə hərbçilərinin təhlükəsizliyini nəzərə alır

"Azərbaycanın indiki halda Qəzzaya hər hansı sülhməramlı qüvvə göndərmək niyyəti yoxdur. Cənab Prezident bu mövqeyi yerli televiziya kanallarına verdiyi müsahibəsində də vurğulayıb. Bu yanaşma ilk növbədə ölkəmizin mill

Bu gün təltif olunmuşdu - Sevinc Kərimova vəfat etdi

Məşhur "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə Kərimovanın ailəsi və dostları sosial mediada məluma

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir. Bu barədə "Tasnim" Məşhəd Şəhər Şurasının Mədəniyyət və Sosial Komissiyasına istinadə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 son xeberler bu gun son xeber 2026 valyuta məzənnələri