Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? - MÜHÜM AÇIQLAMALAR

Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? - MÜHÜM AÇIQLAMALARAzərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağlı çağırışlar artsa da, məsələnin iqtisadi tərəfləri fərqli reallıqları ortaya qoyur.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli pensiya sistemindəki mövcud vəziyyəti təhlil edərək, yaş həddinin salınmasının yarada biləcəyi riskləri diqqətə çatdırıb.
"Maliyyə və demoqrafik reallıq buna imkan vermir".
İqtisadçının fikrinə görə, Azərbaycanda pensiya yaşı məsələsi son illərin ən aktual sosial mövzusudur və vətəndaşların narazılığının əsaslı səbəbləri var. O qeyd edir ki, hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 64 il 6 aydır və 2027-ci ilə qədər qadınların yaş həddi hər il 6 ay artırılaraq 65-ə çatdırılacaq.
Ekspert vurğulayır ki, pensiya yaşını aşağı salmaq texniki baxımdan qanunu dəyişməklə mümkün olsa da, maliyyə və demoqrafik göstəricilər buna yol vermir.
Bunun əsas səbəbi kimi Dövlət Sosial Müdafiə Fondunun büdcə kəsirini göstərən A.Nəsirli bildirir ki, sistem "pay-as-you-go" (bu gün işləyənlərin bugünkü pensiyaçıları təmin etməsi) prinsipi ilə işləyir. İqtisadçı hesablamalarına əsasən bildirir ki, 1.1 milyon pensiyaçının illik xərci 6.5 milyard manat olduğu halda, fondun öz gəlirləri cəmi 5.1 milyard manatdır və qalan 1.4 milyard manat dövlət büdcəsindən qarşılanır.
Yaş aşağı salınsa, büdcəni nə gözləyir?
Akif Nəsirli onu da vurğulayır ki, əgər pensiya yaşı 65-dən 63-ə salınarsa, dərhal 200 minə yaxın yeni pensiyaçı yaranacaq və bu da illik əlavə 1.1 milyard manat xərc deməkdir. Yaş həddi 60-a salınarsa, xərc 2.6 milyard manat artacaq.
İqtisadçı sual edir: "Bu pul hardan gələcək? O izah edir ki, bu boşluğu doldurmaq üçün ya sosial sığorta haqlarını 25%-dən 35%-ə qaldırmaq, ya da dövlət büdcəsindən digər sahələrə (təhsil, səhiyyə, müdafiə) ayrılan vəsaitləri kəsmək lazım gələcək ki, hər iki variant iqtisadiyyat üçün ağırdır.
Ekspertin fikrincə, ikinci böyük problem demoqrafiyadır. O bildirir ki, 1990-cı illərdəki doğum azlığı səbəbindən əmək bazarına az gənc daxil olur, lakin orta ömür uzunluğu 75 ilə qədər artıb. Mütəxəssis vurğulayır ki, 2010-cu ildə bir pensiyaçıya 3.2 işləyən düşürdüsə, indi bu rəqəm 1.4-ə enib. Avropada bu nisbət 1.5-dən aşağı düşəndə sistem çökdüyü üçün yaş həddini qaldırırlar.
Həmçinin, iqtisadçı qeyd edir ki, əmək bazarında 60-65 yaşlı insanlar üçün iş yerləri yoxdur. Pensiya yaşı salınsa belə, 490 manat orta pensiya ilə dolanmaq çətindir və bu, yenidən dövlətin üzərinə sosial yardım yükü kimi qayıdacaq.
Alternativ çıxış yolları nədir?
Akif Nəsirli bildirir ki, hökumət yaşı salmaq əvəzinə üç istiqamətdə iş görür:
1.Erkən pensiya: Çoxuşaqlı analar və zərərli işdə çalışanlar üçün 5 il tez çıxmaq imkanı.
2.Pensiya kapitalı: Çox sığorta ödəyənin daha yüksək pensiya alması.
3.Könüllü yığım: Özəl pensiya fondlarının təşviqi.
Yekun nəticə: Yaş yox, məbləğ məsələsi
İqtisadçı fikrini belə yekunlaşdırır ki, pensiya yaşını aşağı salmaq kağız üzərində asan olsa da, bu, sistemdə dərhal 2 milyard manatlıq kəsir yaradacaq. O vurğulayır ki, real çıxış yolu yaşı salmaq deyil, pensiyanın məbləğini qaldırmaqdır. Bunun üçün isə kölgə iqtisadiyyatı azaldılmalı, sığorta yığımları artırılmalıdır. Əks halda, yaş həddi 55-ə düşsə belə, pensiya məbləği cəmi 200 manat civarında qalacaq.
Mütəxəssis hesab edir ki, əsas məsələ yaş həddi deyil, toplanan vəsaitin miqdarıdır.

Sosial       Tarix: 04 may 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:. Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-d

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər