Azərbaycanda pikap və elektromobillər buraxılacaq - İLK DƏFƏ
Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.
KONKRET.azxəbər verir ki, bu barədə Zavodun da daxil olduğu "Cahan Holdinq"in satış departamentinin rəhbəri Fərhad Hüseynov deyib. Onun sözlərinə görə, zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün Çin şirkətinə müraciət edilib: "Əgər şirkət təsdiq edərsə, pikapların yığılması zamanı Sumqayıt zavodlarında istehsal edilən bir neçə ehtiyat hissəsi də istifadə edilə bilər".
O qeyd edib ki, ildə 300-400 "ZX Avto" pikapının yığılması planlaşdırılır.
Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, F. Hüseynov bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib: "Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır".
O bildirib ki, istehsalın artırılması Bakıda elektromobillər üçün infrastrukrun genişləndirilməsindən asılı olacaq: "Bakıda elektrikdoldurma məntəqələrinin artırılması planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə addımlar atacağını gözləyirik".
Elektromobillərin servis məsələsinə gəlincə, F. Hüseynov bildirib ki, artıq "Cahan Motors" Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu bundan əvvəl Çin markası, "Lifan" avtomobillərin yığılmasını həyata keçirib.
Hazırda isə zavodda yeni "FAW" modellərinin istehsalı aparılır.//APA
Turlar.az [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı