Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?

Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?Müstəqillik illərində Azərbaycanda ali təhsil sistemində bir sıra ciddi islahatlar aparılıb. Bu islahatlar nəticəsində bəzi ali təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılıb, bəziləri isə digər universitetlərlə birləşdirilib. Əsas səbəblər sırasında təhsil standartlarına cavab verməmək, lisenziya tələblərini pozmaq, qanunsuz tələbə qəbulu və ali təhsil sisteminin optimallaşdırılması dayanıb.
azxeber.com Lent.az-a istinadən müstəqillik illərində Azərbaycanda fəaliyyəti dayandırılan və ya digər müəssisələrə birləşdirilən ali məktəblərin siyahısını təqdim edir:
Müstəqil Azərbaycan Universiteti
Universitet müxtəlif  ixtisaslar üzrə tələbə qəbul etsə də, sonradan maliyyə problemləri və təhsil standartlarına uyğun fəaliyyət göstərə bilməməsi səbəbindən çətinliklərlə üzləşib. 2005-ci ildə ali məktəbin fəaliyyəti dayandırılıb və universitet təhsil bazarından çıxıb.
Azərbaycan Beynəlxalq Universiteti (ABU)
Təhsil qanunvericiliyini pozduğu və qanunsuz tələbə qəbulu keçirdiyi üçün 2010-cu ildə lisenziyası ləğv edilib.
Azərbaycan İctimai-Siyasi Universiteti
2014-cü ildə lisenziya müddətinin bitməsi səbəbindən fəaliyyəti tamamilə dayandırılıb.
Bakı Asiya Universiteti
Təhsil fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı öz müraciəti əsasında Təhsil Nazirliyinin qərarı ilə 2015-ci ildə bağlanıb.
Təfəkkür Universiteti
Universitetin Təsisçilər Şurasının qərarı və lisenziya müddətinin uzadılmaması səbəbindən 2017-ci ildə fəaliyyətinə son qoyulub.
Naxçıvan Universiteti
1999-cu ildə özəl ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınan universitetin fəaliyyətinin dayandırılması ilə bağlı qərar 2024-cü ilin fevralında qəbul edilib.
Elm və təhsil naziri Emin Əmrullayev universitetin bağlanmasının təsisçinin müraciəti və qərarı əsasında həyata keçirildiyini bildirib. Qərara əsasən, sonuncu kurs tələbələri təhsillərini həmin universitetdə başa vurub, aşağı kurs tələbələri isə digər ali təhsil müəssisələrinə köçürülüblər.
Bakı Qızlar Universiteti
2000-ci ildə yaradılmış ali məktəb uzun illər yalnız qız tələbələr üçün fəaliyyət göstərib. Sonradan lisenziyası uzadılmayıb və universitet fəaliyyətini dayandırıb. 2026-cı il iyulun 22-də Akkreditasiya Şurasının qərarı ilə universitet institusional akkreditasiya qiymətləndirilməsindən mənfi rəy alıb.
Təhsilin keyfiyyəti və ali təhsil müəssisələrinə qoyulan tələbləri ödəmədiyi üçün universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Tələbələrin təhsillərini digər ali təhsil müəssisələrində davam etdirməsi nəzərdə tutulur.
Birləşdirilən və Optimallaşdırılan Universitetlər
Azərbaycan Müəllimlər İnstitutu (AMİ)
Ali təhsil müəssisələrinin şəbəkəsini optimallaşdırmaq məqsədilə 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilib.
Bakı İslam Universiteti
2018-ci ildə fəaliyyətini dayandırıb və funksiyaları yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna dövr edilib.

Sosial       Tarix: 01 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler