Azərbaycanda qardaşının həyətinə qumbara atdı - 14 il həbs olundu
Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin ilkin hazırlıq iclası aprelin 18-nə təyin edilib.
Şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi Ramin İsakovun şikayətini təmin etməyib.
Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub. (pravda.az)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib