Azərbaycanda qış turizmi mövsümünə start verildi

Azərbaycanda qış turizmi mövsümünə start verildiDekabrın 16-17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün "Şahdağ" Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.
azxeber.com "Report"-a istinadən xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində media nümayəndələrinə "Şahdağ" Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair video təqdimatı nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən "Şahdağ Turizm Mərkəzi" QSC-nin sədri Rüstəm Nəcəfov bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1 800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacın istifadə verildiyini, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib. O, həmçinin bu il "Şahdağ" Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırılması məqsədi ilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
Tədbirdə media nümayəndələrinə 2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının ("ISMF") beynəlxalq seriya yarışının keçiriləcəyi haqqında məlumat verilib.
Təqdimat zamanı "Şahdağ" Turizm Mərkəzinin əsas hədəfinin yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, xüsusilə Şahdağı təkcə qış turizmi baxımından deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi olaraq təbliğini genişləndirməkdən ibarət olduğu diqqətə çatdırılıb.
Mediaturda KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb. İki günlük tədbir çərçivəsində KİV nümayəndələri hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə ediblər.
Mediatur çərçivəsində, həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və blogerlər, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-ə kimi "Şahdağ" Turizm Mərkəzində hotellerde gecələyənlərin sayı 67 821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158.506 nəfər təşkil edib.

Sosial       Tarix: 16 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri metbuat xeberleri cəbhədən son xəbərlər 2026 son xeber.az