Azərbaycanda seyid azyaşlı oğlana təcavüz etdi - FOTO
Ucarda azyaşlı oğlanla cinsi əlaqədə olan şəxs həbs edilib.
KONKRET.az xəbər verir ki, Ucar rayon Polis Şöbəsindən verilən məlumata görə, 51 yaşlı Ağayev Ceyhun barəsində Ucar rayon Məhkəməsi tərəfindən 27 iyul 2022-ci tarixində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Ağayev Ceyhun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə – eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə əsasən, 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
İstintaq işləri yekunlaşana qədər o, Şəki şəhərində yerləşən həbsxanada qalacaq.
Onu da deyək ki, C.Ağayev Ucar rayonunda seyid kimi tanınır və onun məsciddə yeniyetmələri öz ətrafına yığması ilə bağlı iddialar var. Bununla bağlı Ucar məscidinin axundu Rəhimov Elnur "Unikal"a açıqlamasında bildirib ki, sözügedən şəxs məscidə yalnız namaz qılmaq məqsədi ilə gəlib: "Bizim mədrəsə qeydiyyatımız olmadığı üçün, Quran dərsləri keçmək kimi bir ixtiyarımız yoxdur. Ona görə də Ağayev Ceyhunun guya məsciddə yeniyetmələrə Quran öyrətməsi iddiaları həqiqəti əks etdirmir. Onun heç bir dini təhsili və fəaliyyəti yoxdur.
Bizdə iki qurumun kamerası var – Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. O kameralara da sözügedən qurumlar nəzarət edir. Bizim özümüzün şəxsi kameramız yoxdur. İndi bu məsələdə məsciddin adı hallanır, lakin o, son zamanlar məscidə nadir hallarda gəlirdi".
Bildirək ki, 51 yaşlı C.Ağayev 2 dəfə ailəli olub. Onun ilk evliliyindən bir qızı var.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin