Azərbaycanda virus yayılıb - Ekspertlər həyəcan TƏBİLİ ÇALDILAR
Mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə qrip virusu yayılmağa başlayıb.
KONKRET.azxəbər verir ki, hava-damcı yolu ilə keçən virusun əsas hədəf kütləsi isə yaşlılar, hamilələr və immun sistemi zəif olanlardır. Qripin əlamətləri qızdırma, öskürək, sümük ağrısı olsa da, bəzən ürəkbulanma və ishal halları da müşahidə olunur. Xəstəlik hər kəsdə özünü fərqli simptomlarla büruzə verir.
Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazovun sözlərinə görə, xəstəliyə vaxtında müdaxilə edilmədikdə virus kəskin fəsadlar verə bilər. Mövsümi qriplə yanaşı, hazırda rotavirus və rinoviruslar da baş qaldırıb:
"Daha çox fəsadlarla müşahidə olunanı qrip infeksiyasıdır. Bu da pnevmoniya, qulaq iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi, meningit yarada bilər".
Hamilə qadınlar isə xəstəliyi daha ağır keçirirlər.
Ginekoloq Cahan İslamova bildirib ki, hamilə qadınların xəstəxanaya gedərkən, çoxlu insan qrupları içərisinə daxil olarkən tibbi maskalardan istifadə etmələri şərtdir:
"Təmiz havada çox vaxt keçirmələri vacibdir. Qida rasionuna yüksəkvitaminli qidalar daxil edilməlidir. Mövsümə uyğun meyvə-tərəvəz istifadə edilməlidir. Virus infeksiyaları erkən doğuma, ciftdə qan dövranının pozulmasına səbəb ola bilər".

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək