İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəliklərin mümkün fəsadları və qorunma tədbirləri yenidən gündəmə gəlib.
Bəs İranda yoluxma hallarının artması Azərbaycanda hansı epidemioloji risklər yaradır? Mövsümi infeksiyaların yayılmasının qarşısını almaq üçün hansı tədbirlərə əməl edilməlidir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla KONKRET.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyasının başa çatması bu infeksiyanın tamamilə aradan qalxması demək deyil.
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?Onun sözlərinə görə, koronavirusun müxtəlif variantları hələ də yayılmaqda davam edir və virusun gələcəkdə necə dəyişəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil.
"Koronavirus artıq uzun müddətdir ki, insanların həyatında mövcuddur. Pandemiya başa çatsa da, epidemik yayılma halları davam edir. Virus mutasiyaya uğrayaraq, o cümlədən "Omikron" ştammı ilə yayılmasını sürdürür və zaman-zaman fərqli xüsusiyyətlər nümayiş etdirir. Payız aylarında koronavirusa yoluxma hallarının artması da təəccüblü deyil", – deyə professor vurğulayıb.
Adil Qeybulla qripin də hər il müxtəlif variantlarla yayıldığını və bəzi hallarda ciddi fəsadlara səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, qrip nəticəsində dünyada hər il çox sayda insan həyatını itirir. Buna görə də həm qrip, həm də COVID-19 cəmiyyət üçün aktual sağlamlıq problemi olaraq qalır.
Professor bildirib ki, bu infeksiyaların yayılmasının qarşısını almaq üçün insanların gündəlik davranış qaydalarına diqqət yetirməsi vacibdir. Xüsusilə xəstə şəxslərin sağalana qədər işə, məktəbə və bağçaya getməməsi başqalarının yoluxma riskini azalda bilər.
"Xəstə insanlar çalışmalıdırlar ki, sağalana qədər evdə qalsınlar. Xəstə uşaqlar da məktəbə və bağçaya getməməlidirlər. Əks halda, onlar ətrafdakı insanları yoluxdurur, həmin şəxslər isə infeksiyanı öz ailə üzvlərinə ötürürlər. Beləliklə, hər il kiçik epidemiyalarla qarşılaşırıq", – deyə o, bildirib.
Professorun sözlərinə görə, bu infeksiyalar bəzi insanlar üçün daha ağır nəticələrə səbəb ola bilər. Xüsusilə onkoloji xəstələr, ağır xroniki xəstəlikləri olan şəxslər və immun sistemi zəif olan insanlar yoluxma zamanı ciddi fəsadlarla üzləşə bilərlər.
Adil Qeybulla xəstə olduğu halda evdən çıxmaq məcburiyyətində qalan şəxslərin maskadan istifadə etməsinin vacibliyini də vurğulayıb.
"İnsanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Xəstə şəxs evdən çıxmaq məcburiyyətində qalarsa, mütləq maska taxmalıdır. Bu prinsipə əməl edilmədikdə infeksiyaların yayılması davam edəcək", – deyə professor əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 03 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou sou xeberler bugun az xeber