Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar

Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlarAzərbaycanda son 5 ildə 70 və yuxarı yaşlı əhalinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ölkə üzrə bu yaş qrupuna daxil olanların sayı 150 mindən çox artsa da, rayon və şəhərlər üzrə statistika fərqli mənzərə ortaya qoyur. Bəzi bölgələr yaşlı əhalinin sayına görə ilk sıralarda yer alır, bəzi rayonlarda isə bu göstərici xeyli aşağıdır.
azxeber.com Dövlət Statistika Komitəsinin 2022-2026-cı illər üzrə məlumatlarını təhlil edib.
Rəsmi statistikaya görə, ölkədə 70 və yuxarı yaşlı əhalinin sayı 2022-ci ildəki 438 min 650 nəfərdən 2026-cı ildə 589 min 566 nəfərə yüksəlib. Bu isə beş il ərzində 150 min 916 nəfərlik artım deməkdir.
Ən çox yaşlı əhali bu rayonlarda yaşayır:
Statistikaya əsasən, ölkədə 70 yaşdan yuxarı əhalinin ən çox yaşadığı inzibati ərazi Bakı şəhəridir. Paytaxtda bu yaş qrupuna daxil olanların sayı 170 min 803 nəfərə çatır.
Bakı rayonları arasında isə ilk yerdə Nəsimi rayonu qərarlaşır. Burada 23 min 948 nəfər 70 və yuxarı yaşdadır. İkinci yerdə Xətai rayonu (23 min 396 nəfər), üçüncü pillədə isə Yasamal rayonu (19 min 301 nəfər) gəlir.
Sonrakı yerlərdə Sabunçu (18 min 50 nəfər), Binəqədi (17 min 892 nəfər), Suraxanı (14 min 708 nəfər), Nərimanov (13 min 629 nəfər), Nizami (12 min 836 nəfər), Xəzər (11 min 700 nəfər), Səbail (8 min 728 nəfər), Qaradağ (5 min 167 nəfər) və Pirallahı rayonu (1 min 448 nəfər) qərarlaşır.
Paytaxtdan kənarda isə ən yüksək göstərici Sumqayıt şəhərində qeydə alınıb. Burada 25 min 233 nəfər 70 yaşdan yuxarıdır. Sonrakı yerləri Gəncə şəhəri (22 min 958 nəfər) və Abşeron rayonu (21 min 526 nəfər) tutur.
İlk sıralarda həmçinin Lənkəran rayonu (12 min 735 nəfər), Şəmkir (11 min 739 nəfər), Masallı (10 min 520 nəfər), Xaçmaz (9 min 944 nəfər), Cəlilabad (9 min 837 nəfər), Tovuz (9 min 678 nəfər) və Quba rayonu (8 min 824 nəfər) da yer alır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 70 və yuxarı yaşlı əhalinin sayı ölkənin digər rayon və şəhərlərində də fərqli göstəricilər nümayiş etdirir. Bəzi bölgələrdə bu yaş qrupuna daxil olanların sayı 8 min nəfəri keçdiyi halda, bəzi rayonlarda bu göstərici 2-4 min nəfər arasında dəyişir.
Belə ki, Ağdam rayonunda 70 yaşdan yuxarı 8 min 278 nəfər, Bərdədə 8 min 183 nəfər, Sabirabadda 7 min 702 nəfər, Salyanda isə 7 min 499 nəfər yaşayır. İlk sıralarda qərarlaşan rayonlar arasında Gədəbəy (6 min 950 nəfər), Yevlax (6 min 780 nəfər) və Naxçıvan şəhəri (6 min 726 nəfər) də yer alır.
Siyahının davamında İmişli rayonunda 6 min 188 nəfər, Göyçayda 6 min 209 nəfər, Ağcabədidə 6 min 131 nəfər, Qazaxda 6 min 76 nəfər, Qusarda 5 min 906 nəfər, Şamaxıda 5 min 797 nəfər, Kürdəmirdə 5 min 618 nəfər, Astarada 5 min 615 nəfər, Neftçalada 5 min 358 nəfər, Goranboyda isə 5 min 450 nəfər 70 yaşdan yuxarı əhali qeydə alınıb.
5 min nəfərdən aşağı göstəriciyə malik rayonlar da az deyil.
Məsələn, Ağdaş rayonunda yaşlıların sayı 5 min 197 nəfər, İsmayıllıda 5 min 106 nəfər, Şirvanda 4 min 862 nəfər, Ağstafada 4 min 730 nəfər, Beyləqanda 4 min 715 nəfər, Saatlıda 4 min 667 nəfər, Şərurda 4 min 618 nəfər, Biləsuvarda 4 min 504 nəfər təşkil edir.
Eyni zamanda, Cəbrayılda 4 min 163 nəfər, Ucarda 4 min 75 nəfər, Tərtərdə 4 min 47 nəfər, Ağsuda 4 min 52 nəfər, Babəkdə 3 min 844 nəfər, Laçında 3 min 838 nəfər, Göygöldə 3 min 780 nəfər, Kəlbəcərdə 3 min 528 nəfər, Hacıqabulda 3 min 502 nəfər, Ordubadda 3 min 471 nəfər, Lerikdə 3 min 466 nəfər, Samuxda isə 3 min 391 nəfər yaşlı əhali yaşayır.
Siyahının sonrakı hissəsində Zərdabda 3 min 118 nəfər, Şabranda 2 min 998 nəfər, Sədərəkdə 2 min 727 nəfər, Yardımlıda 2 min 554 nəfər, Zəngilanda 2 min 541 nəfər, Culfada 2 min 433 nəfər, Siyəzəndə 2 min 39 nəfər, Qobustanda 2 min 24 nəfər, Qubadlıda 2 min 14 nəfər, Kəngərlidə 1 min 787 nəfər, Şahbuzda 1 min 740 nəfər, Şuşada 1 min 667 nəfər, Daşkəsəndə 1 min 664 nəfər, Pirallahıda 1 min 448 nəfər, Xızıda 1 min 12 nəfər qeydə alınıb.
Ən aşağı göstəricilər isə Xocalı (763 nəfər), Naftalan (676 nəfər), Xocavənd (670 nəfər), Ağdərə (636 nəfər) və Xankəndi şəhərində (270 nəfər) müşahidə olunur.

Sosial       Tarix: 06 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

"Yaxşı ki, Tibbə qəbul olmadım" - 617 balla baytarlığı seçən Xaliq

Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusu olduğu üçün Baytarlıq ixtisasını (ingilis dilində) seçib. "Qafqazinfo" ya istinadən xəbə

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…

Toyların sayında müşahidə olunan kəskin azalma toy sənayesini yeni reallıqlarla üz-üzə qoyub. Hazırda şadlıq sarayları, musiqiçilər, gəlinlik salonları, fotoqraflar maliyyə böhranı ilə üz-üzədirlər. Şadlıq sarayları böhranda

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xabar hava proqnozu xeber saytlari cəbhədən canlı