Azərbaycanda yeni dövr başlayır: Seçkidən sonra hansı dəyişikliklər olacaq?

Azərbaycanda yeni dövr başlayır: Seçkidən sonra hansı dəyişikliklər olacaq?Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli televiziya kanallarına geniş formada müsahibə verib.
Prezident jurnalistlərə müsahibəsində 44 günlük Vətən Müharibəsindən, lokal antiterror əməliyyatlarından və Xankəndi, Xocalıda Azərbaycan bayrağının dalğalanmasından danışıb.
Ölkə başçısı həmçinin 2024-cü ildə keçirilən prezident seçkilərindən danışaraq Azərbaycanda bu hadisənin yeni mərhələnin, dönəmin başlanğıcı olacağını söyləyib.
Hər kəsi maraqlandıran əsas suallardan biri isə ölkədə aparılması gözlənilən kadr islahatlarıdır.
Məsələ ilə bağlı azxeber.com Milli Məclisin deputatı Naqif Həmzəyevin fikirlərini öyrənib.
Deputat bildirib ki, 2024-cü il Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən il olacaq və bu ildə yeni çağırışlar gözlənilir:
"Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bir çox sualları cavablandırdı. O cümlədən, prezident seçkilərinin keçirilməsinin əsas səbəblərini açıqladı. Prezident qeyd etdi ki, prezident seçkilərinin keçirilməsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, artıq bizim üçün ən vacib, prioritet problemlərdən biri olan Qarabağ məsələsini həll etmişik, torpaqlarımız işğaldan azad olunub. 2023-cü ildə suverenliyimizi tam bərpa etmişik və məhz bu səbəbdən də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Həmçinin ölkə başçısının prezident seçilməsinin 20 illik yubileyi tamam olurdu. 2024-cü ildə keçiriləcək bu seçkilərlə bir növ yeni mərhələ başlayır və bu mərhələdə yeni çağırışlar var. Artıq biz keçmişdə qarşımızda duran məsələləri həll etdiyimiz üçün indi yeni qarşımızda duran hədəflərimiz var. Azərbaycanı daha da gücləndirməliyik, inkişaf etdirməliyik. Bunun üçün də prezident seçkiləri bir növ başlanğıcdır və yeni dövr bu hadisəylə başlayacaq.
Azərbaycanda yeni dövr başlayır: Seçkidən sonra hansı dəyişikliklər olacaq?Deputat seçkilərdən sonra gözlənilən yeniliklər haqda da danışıb: 
Bilirsiniz ki, prezident seçkilərindən sonra hökumət istefaya buraxılır və daha sonra yeni hökumət formalaşdırılır. Hökumətin fəaliyyəti aidiyyatı qurumlar tərəfindən, xüsusilə cənab Prezident İlham Əliyev tərəfindən qiymətləndirilir. Biz bundan öncəki dövrdə də bir çox hökumətdə mühüm vəzifələr tutan şəxslərin yerlərinin dəyişdirdiklərinin şahidi olmuşuq. Gənclərə çox böyük etimad göstərilib və bu günlərdə gənclər orta nəslin nümayəndələriylə birlikdə hökumətdə fəaliyyət göstərirlər. Onların qarşısına qoyulmuş missiyaları, vəzifələri yerinə yetirirlər".
Naqif Həmzəyev qeyd edib ki, Prezidentin dediyi yeni dönəmdə gənc mütəxəssislərin lazımi vəzifələrdə təmsil olunması gözlənilir:
"Düşünürəm ki, yeni dövrdə təbii ki, yeni kadr islahatlarının aparılması zəruridir. Xüsusilə bilirsiniz ki, neçə ildir ölkədə "Yüksəliş" müsabiqəsi keçirilir. Bununla yanaşı, bütün qurumlarda kadr bankı yaradılıb və ehtiyatda olan müxtəlif ixtisaslar üzrə hazır kadr bazaları var. Yeni dövrdə bu gənc mütəxəssislərin lazımi vəzifələrdə təmsil olunması gözlənilir və bu baxımdan da yeni dövrdə yeni çağırışlara cavab vermək üçün hər sahədə kadr islahatlarının aparılması mümkündür. Sadəcə olaraq prosesləri qabaqlamağa ehtiyac yoxdur. İlk növbədə biz prezident seçkilərini uğurlar başa çatdırmağı planlaşdırmalıyıq. Prezident seçkilərindən sonra isə proseslər mərhələli şəkildə həyata keçiriləcək. Xüsusilə də Azərbaycanın qarşısında 2024-cü ildə beynəlxalq tədbirlərin keçirilməsi durur. Hesab edirəm ki, Azərbaycan bu tədbirləri yüksək səviyyədə keçirəcək və təşkil edəcəkdir. Bir sözlə, qlobal məkanda baş verən bu münaqişələr fonunda Azərbaycan regionda stabilliyi qoruyub saxlaya biləcək.
Biz ümid edirik ki, 2024-cü ildə, eyni zamanda Ermənistanla sülh müqaviləsi imzalanacaq və Azərbaycan iqtisadiyyatı daha da güclənəcək. Vətəndaşlarımızın sosial rifahı yaxşılacaq".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 11 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Mill

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb. xəbər verir ki, politoloq Turan Rzaye

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri xəbərlər.com son xeberler bugun 2026 muharibe son xeberler bu gun