Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRARAzərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsasları ilə bağlı suallar yaradır.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, əslində, Azərbaycanın "Aİ-92" markalı benzini istehsal etmək imkanı var:
"Məsələ ondadır ki, neft hasil edən ölkə olmaq bütün növ yanacaqları istənilən həcmdə və istənilən vaxt istehsal edə bilmək demək deyil. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycan İraqdan 505,1 ton "Aİ-92" markalı benzin idxal edib. Həmin dövrdə ölkənin ümumi "Aİ-92" benzini idxalı 3 919 ton olub. Bu isə İraqdan alınan benzinin ümumi idxalın təxminən 13 faizini təşkil etdiyini göstərir. Eyni zamanda, Azərbaycan həmin dövrdə xaricə də "Aİ-92″ markalı benzin satıb. İdxal və ixracın eyni vaxtda həyata keçirilməsi müxtəlif kommersiya şərtləri, təchizat ehtiyacları və zaman fərqləri ilə bağlı ola bilər".
İqtisadçı bildirib ki, burada əsas məqam istehsal etdiyimiz məhsulu xaricdən almağın hansı iqtisadi şərtlər daxilində daha sərfəli olmasıdır:
"Buna dəqiq cavab vermək üçün İraqdan gətirilən benzinin müqavilə qiymətini və idxal qərarının rəsmi əsaslandırılmasını bilmək lazımdır. Məsələnin digər iqtisadi tərəfinə gəldikdə, İraqdan benzin idxalının əsas səbəblərindən biri daxili bazarda yanacaq təminatının davamlılığını qorumaq ola bilər. Yerli istehsalın müəyyən dövrlərdə tələbatı tam ödəməməsi və ya əlavə təchizata ehtiyac yaranması idxalı zəruri edə bilər. Eyni zamanda, yanacağın müxtəlif ölkələrdən alınması təchizat mənbələrinin şaxələndirilməsinə və bir ölkədən asılılığın azaldılmasına kömək edir.
Bu addımın iqtisadi əhəmiyyəti əsasən qiymət və təchizat məsələləri ilə bağlıdır. İraqdan alınan benzinin daşınma və digər xərclər də daxil olmaqla ümumi maya dəyəri alternativ mənbələrlə müqayisədə daha əlverişli olarsa, bu, idxalı iqtisadi cəhətdən əsaslandıra bilər".
G.Hüseynova qeyd edib ki, digər mühüm məqam idxalın həcmidir:
"Gətirilən yanacağın miqdarı ölkənin ümumi istehlakı ilə müqayisədə azdırsa, bunun daxili bazarda qiymətlərə və ümumi iqtisadi vəziyyətə ciddi təsiri gözlənilmir. Belə tədarük daha çox əlavə təchizat imkanlarının yaradılması və bazarın çevikliyinin artırılması baxımından əhəmiyyət daşıyır.
Ümumilikdə, Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin idxal etməsini enerji təhlükəsizliyinin qorunması və yanacaq bazarında alternativ mənbələrin yaradılması istiqamətində bir addımdır. Uzunmüddətli perspektivdə isə əsas məsələ daxili istehsal imkanlarının artırılması, neft emalı prosesinin təkmilləşdirilməsi və idxal xərclərinin optimallaşdırılmasıdır. Ölkəmizin neft ehtiyatlarına malik olması yanacaq bazarının bütün ehtiyaclarının avtomatik olaraq yerli istehsal hesabına ödənilməsi demək deyil. Buna görə də idxalın iqtisadi səmərəliliyi onun həcmi, maya dəyəri və daxili istehsalla müqayisəsi əsasında qiymətləndirilməlidir".

Sosial       Tarix: 19 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılmas

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 


azerbaycan xeberleri son xeberler yeni xeberler sosial yardim butun xeberler bu gunun xeberleri haqqinda melumat bu gune olan xeberler