Azərbaycanı seçən turistlər ən çox bu ölkələrdəndir

Azərbaycanı seçən turistlər ən çox bu ölkələrdəndir2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
KONKRET. az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 17,9 faizi Türkiyə, 7,7 faizi İran, 5,1 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Küveyt, 1,4 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan – 3,5 dəfə, Türkmənistandan – 2,7 dəfə, Polşadan – 2,0 dəfə, Hindistandan – 2,0 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Tacikistandan – 1,8 dəfə, Misirdən – 1,8 dəfə, Qırğızıstandan – 1,8 dəfə, Bəhreyndən – 1,7 dəfə, Filippindən – 1,7 dəfə, İtaliyadan – 1,6 dəfə, İspaniyadan – 1,6 dəfə, Moldovadan – 1,5 dəfə, Belarusdan – 1,5 dəfə, Özbəkistandan – 1,5 dəfə, Rusiya Federasiyasından – 45,8 faiz, Kanadadan – 42,7 faiz, ABŞ-dan – 39,4 faiz, Gürcüstandan – 30,5 faiz, Niderlanddan – 29,4 faiz, Küveytdən – 27,3 faiz, İsraildən – 27,2 faiz, Fransadan – 26,9 faiz, Böyük Britaniyadan – 25,7 faiz, Almaniyadan – 22,0 faiz, Türkiyədən – 20,3 faiz, Ukraynadan – 11,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 10,0 faiz artıb.
Ətraflı
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49,6 faiz artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 faiz azalaraq 284,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,1 faiz artaraq 1545,2 min nəfər olmuşdur. Rusiyaya gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6 faiz, Türkiyəyə gedənlərin sayı 20,7 faiz artmış, İrana gedənlərin sayı 13,9 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,5 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,2 faizini kişilər, 34,8 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,2 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Sosial       Tarix: 01 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar sonxəbər bu gune olan xeberler valyuta mezennesi