Azərbaycanın 2060-cı il hədəfi üzrə strategiya təsdiqləndi

Azərbaycanın 2060-cı il hədəfi üzrə strategiya təsdiqləndiAzərbaycan Baş naziri Əli Əsədov tərəfindən "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiq edilib.
azxeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir ki, strategiya ölkənin iqtisadi inkişafını davam etdirməklə iqlimə təsirin azaldılmasını, 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olunmasını nəzərdə tutur.
Xalis sıfır emissiya atmosferə buraxılan istixana qazlarının mümkün qədər azaldılması, qalan emissiyaların isə meşələr və digər təbii və texnoloji həllər vasitəsilə udulması ilə tarazlaşdırılması deməkdir.
Strategiya bu məqsədə doğru energetika, nəqliyyat, sənaye, neft-qaz, kənd təsərrüfatı, binalar və tullantıların idarə olunması sahələrində mərhələli dəyişiklikləri nəzərdə tutur.
Praktik olaraq bu, günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, evlərdə və müəssisələrdə enerjiyə qənaət, daha təmiz nəqliyyatın inkişafı, neft-qaz sektorunda metan sızmalarının azaldılması, tullantıların çeşidlənməsi və təkrar emalı, meşələrin qorunması, bərpası kimi tədbirləri əhatə edir. Bu dəyişikliklər daha təmiz ətraf mühitlə yanaşı, yeni iş yerlərinin yaranmasına, müasir texnologiyaların tətbiqinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsinə imkan yarada bilər.
Strategiyada 2035-ci ilədək istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılması hədəfi ilə 2060-cı il üçün uzunmüddətli baxış arasında əlaqə müəyyənləşdirilib. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda "yaşıl enerji zonaları"nın inkişafı da bu keçidin mühüm istiqamətlərindəndir.
ETSN-in milli əlaqələndirici qurum qismində iştirakı və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində hazırlanan sənədin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edilməsi nəzərdə tutulur.
Strategiya Azərbaycanın Paris Sazişi çərçivəsində qlobal iqlim səylərinə töhfəsini və uzunmüddətli inkişaf istiqamətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, tərəfdaşlar və investorlar üçün ölkənin prioritetlərini daha aydın və şəffaf şəkildə ortaya qoyacaq.
Strategiya COP29 çərçivəsində önə çəkilən iqlim hədəflərinin konkret fəaliyyətə çevrilməsi yanaşmasını milli səviyyədə davam etdirir. Bakıda iqlim maliyyəsi üzrə əldə olunmuş razılaşmalar və iqlim diplomatiyası çərçivəsində davam etdirilən beynəlxalq dialoq strategiyanın icrası üçün maliyyə və texnologiyalara çıxışın yaxşılaşdırılması, eləcə də tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Sənəddə vurğulanır ki, 2060-cı il hədəfinə çatmaq üçün beynəlxalq maliyyə dəstəyi, qabaqcıl texnologiyalara çıxış və onların ötürülməsi, güzəştli kreditlər, qrantlar və özəl investisiyalar mühüm əhəmiyyət daşıyır.
Keçidin uğuru həm də mütəxəssislərin hazırlanmasından, yeni bacarıqların inkişafından və cəmiyyətin iştirakından asılı olacaq.
Strategiyanın məqsədlərini ictimaiyyətə açıqlamaq üçün elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatların təşkili nəzərdə tutulur.

Sosial       Tarix: 22 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Cəbrayılda avtomobil aşıb, sürücü ölüb

Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Evinin 'kupça'sı olmayanlara şad xəbər

Mərkəzi Bank tərəfindən 2027-2030-cu illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi nəzərdə tutulur. Ölkə.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfəro

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. . Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadə

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Avtobusu sürməkdən imtina edən tiktoker sürücü - İşdən qovuldu

Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub. -a istinadən xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sürüc

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər qarabag valyuta cəbhədən son durum