Azərbaycanın 6 klubu bu gün yoxlama görüşü keçirəcək
Azərbaycanın 6 klubu bu gün yoxlama görüşü keçirəcək.
KONKRET.azxəbər verir ki, onlardan 4-ü ölkə daxilində üz-üzə gələcək, 2-si isə Türkiyədə sınaq matçına çıxacaq.
Premyer Liqa təmsilçiləri "Qəbələ" ilə "Araz-Naxçıvan" birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.
Bundan bir saat sonra Premyer Liqanın liderləri "Qarabağ"la "Zirə" "Azersun Arena"da qarşılaşacaqlar.
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Səbail" Rusiyanın "Fakel" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. "Miracle Resort" hotelinin idman mərkəzində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" isə 2 yoxlama matçı keçirəcək. Ayxan Abbasov yetirmələrini əvvəlcə Macarıstan təmsilçisi "Şiofok"la görüşdə sınayacaq. "Fanatic Tour Sport Center"də baş tutacaq oyun Bakı vaxtı ilə saat 12:00-da start götürüb. Tovuzlular Bakı vaxtı ilə saat 17:00-da isə Özbəkistan təmsilçisi "Nasaf"la üz-üzə gələcəklər.

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Evinin 'kupça'sı olmayanlara şad xəbər
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək