Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdıXəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub. İbtidai və orta təhsilini başa vurduqdan sonra 1993-cü ildə İstanbulda Behçet Kamal Çağlar Liseyini bitirib.
1999-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin İnformasiya və sənəd idarəçiliyi ixtisasına qəbul olub. Lakin təhsilinin ikinci ilində universitetdən xaric edilib. Tərcümeyi-halında "ailəvi və ideoloji səbəblərə görə universiteti tərk etmək məcburiyyətində qaldığı" yazılır.
Hərbi xidmətdən sonra intensiv mütaliəyə başlayıb. Xüsusilə dinlər tarixi, Quran və hədis araşdırmaları, yaxın tarix və beynəlxalq münasibətlər sahələrini oxuyub.
1999-cu ildə Türkiyənin ilk onlayn İslam platformalarından birində rəhbər vəzifədə çalışıb.
2003-cü ildə Güzin xanımla ailə qurub. Bu nikahdan Məhəmməd Furkan və Mücahid Əhməd adlı iki oğlu, Nur Fələstin adlı bir qızı dünyaya gəlib. 2007-ci ildə boşanıb.
2007-ci ildə o, Ortaköydə "Boğaziçi Elm, Fəzilət, Təhsil və Yardım Dərnəyi"nin (Boğaziçi İlim Erdem Eğitim ve Yardımlaşma Derneği) təsisçi sədri kimi fəaliyyət göstərib. Yazıları veb-saytlarda, jurnallarda və qəzetlərdə dərc olunmağa başlayıb.
2006-cı ildə əsasını qoyduğu "Analiz Merkezi.com" veb-saytını inkişaf etdirərək, onu Türkiyənin ilk islamyönümlü xəbər və təhlil portalına çevirib.
"Hənif" ənənəsinə (İbrahimin təkallahlı inancı) və "İnqilabçı islam"a diqqət yetirərək, çoxsaylı mühazirələr və seminarlar keçirib.
Elə həmin il Ümmü Gülsüm xanımla ailə həyatı qurub. Onların Hira Sevra və Duru adlı iki qızı var.
Misirdəki çevrilişdən sonra o, Qahirəyə gedərək "Müsəlman Qardaşları" təşkilatı ilə əlaqə qurub, Rabaa əl-Adəviyyə meydanındakı nümayişlərdə iştirak edib və canlı yayımlar edib.
Hazırda AnalizMerkezi.com xəbər və təhlil saytının baş redaktoru və televiziya şərhçisi kimi fəaliyyətini davam etdirir.
Bu, Fateh Tezcanın özünün paylaşdığı "təmizlənmiş" tərcümeyi-halıdır, amma onun həyatı daha "zəngindir".
Mustafa Kamal Atatürkə və Cümhuriyyətə qarşı təhqiramiz ifadələr işlətməsi ilə bağlı barəsində 500-dən çox şikayət olan Fateh Tezcan haqqında axtarış qərarı çıxarılıb. Lakin onun xaricə qaçdığı məlum olub.
Fateh Tezcan "Atatürkü təhqir etmək" cinayəti üzrə aldığı 2 il 2 aylıq qəti həbs cəzasına görə 2022-ci ilin avqustunda həbs edilmişdi. Təxminən bir il həbsdə qaldıqdan sonra, 2023-cü ilin avqustunda azadlığa buraxılmışdı.
Azadlığa çıxdıqdan sonra da təhqirlərini davam etdirib. 2026-cı ilin aprelində Tezcan barəsində "Atatürkün xatirəsini açıq şəkildə təhqir etmək", "ictimaiyyətin bir hissəsini açıq şəkildə alçaltmaq" və "xalqı açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etmək" ittihamları ilə həbs qərarı çıxarılıb.
Polis tərəfindən axtarışda olan Tezcan qeydiyyat ünvanında tapılmayıb. POLNET sistemində qeyd olunmuş telefon nömrəsi vasitəsilə əlaqə saxlanıldıqda, Tezcan polis əməkdaşına xaricdə olduğunu bildirib və olduğu yeri açıqlamaqdan imtina edib.

Hadisə       Tarix: 20 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb. APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-21012" markalı minik avtomobili yolu keçmə

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu axsam az xeberler xeber.az son xeberler son xəbərlər bugün 2026