Azərbaycanın boks üzrə milli komandalarında məşqçilər korpusu təsdiqləndi
Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.
ABF-in Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, yığıncaqda Azərbaycan milli komandalarının məşqçilər korpusu və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.
İdarə Heyətinin qərarına əsasən, kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək və məsuliyyət daşıyacaq. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev və Ceyhun Abiyev çalışacaq.
Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin edilib.
Yeniyetmələrdən ibarət yığma Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası Məmmədov və Teymur Məmmədov yer alacaq.
Qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını Yadigar Məmmədov yerinə yetirəcək. O, İlkin Ağayevlə birgə boksçuları yarışlara hazırlayacaq.
Federasiyanın tərkibində yeni formalaşan Veteran və Çempionlar Komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər Komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi