Azərbaycanın ən kasıb və ən varlı rayonları – SİYAHI

Azərbaycanın ən kasıb və ən varlı rayonları – SİYAHIBölgələrdə işsizlikdən əziyyət çəkən insanların ən çox üz tutduğu məkan paytaxtdır. Buna görə də Bakı Azərbaycanın ən böyük şəhəri olmaqla yanaşı, həm də ölkənin iqtisadi mərkəzi hesab edilir. Lakin son illər aparılan məqsədyönlü siyasət nəticəsində regionlara ayrılan dotasiyalar bölgələrin inkişafı üçün əlverişli zəmin yaradıb.
KONKRET.az xəbər verir ki, rəsmi şəkildə regionların iqtisadi reytinqi aparılmasa da, ekspertlərin fikrincə, Bakıdan sonra Şəmkir, Tovuz, Gəncə, Lənkəran ölkənin ən zəngin rayonları sırasındadır.
Səbəb kimi adıçəkilən rayonlarda yaşayan əhalinin əksəriyyətinin ailə üzvləri və yaxınlarının Rusiyada işləməsi göstərilir. Belə ki, həmin rayon sakihlərinin var-dövləti Rusiyadan və digər xarici ölkələrdən gələn qazanc hesabına ölçülür. Amma son vaxtlar Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkədən Azərbaycana daxil olan vəsait də azalıb.
Hazırda Azərbaycanın ən kasıb və ən varlı rayonları hansılardır?
Bu barədə danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri deputat Tahir Rzayev iqtisadi baxımdan rayonlar arasında ciddi fərqin olmadığı qənaətindədir. Onun sözlərinə görə, əvvəllər rayonlar arasında fərq olub.
"Bu təsərrüfat göstəricilərinə görə idi. Hansı rayonun təsərrüfatı güclü olubsa, ordan gələn gəlir rayonun abadlaşdırılmasında və digər işlərdə istifadə olunub. Bəzi dağlıq rayonları var idi ki, təsərrüfat zəif inkişaf etmişdi. Müəyyən qədər yaşayış tərzi çətin idi. Dağlıq rayonda həm iqlim şəraiti, həm də yol problemli məsələlər idi. Rayonların hamısı simalarını dəyişib. Su, yol kimi problemlər artıq həllini tapıb. Əksər rayonlarda qazlaşdırma 97% təmin olunub".
T.Rzayev statistikaya əsasən deyib ki, hazırda ən varlı Bakı və Abşerondur. Onun fikrincə, yenə də statistikaya görə, kasıb olaraq qeydə alınan rayonlar dağ rayonlarıdır.
İqtisadçı ekspert Pərviz Heydərov son illər ərzində müəyyən proqramlar əsasında rayonlarda aparılan abadlaşdırma işlərinə diqqət çəkib:
"Kommunikasiya, infrastruktur, zavod və emal müəssisələri baxımından rayonlar çox inkişaf edib. Bölgələrdə məhsuldarlıq üçün şərait var. Əmək qabiliyyəti üzrə əhalinin 40-45 faizi bölgələrimizdə məşğulluq problemi ilə üz-üzədir. Bu vətəndaşların bir hissəsi şimal qonşumuz olan Rusiyaya və digər ölkələrə iş üçün axın edirlər. Rayonlardakı yaşayışla bağlı ciddi bir instansiya olduğu barədə danışmağa dəyməz. Həmin regionların sosial-iqtisadi inkişaf proqramına əsasən qərbdə Balakən, şimalda Qusar, Xaçmaz və Naxçıvana qədər infrastruktur baxımından yüksək səviyyədə müvafiq şərait yaradılıb. İşğaldan azad olunmuş ərazilərimizdə də infrastruktur işləri davam etdirilir. Gələcəkdə həmin rayonlar da digər bölgələrlə eyni səviyyədə olacaq".//Modern.az

Sosial       Tarix: 08 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava son xeberler bugun axsam az xeberler valyuta