Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik - FOTO

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik - FOTONəriman Abbasovun hazırda Tofiq Musayevlə döyüşməsi mümkünsüzdür".
KONKRET.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a MMA idmançısı Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.
O, Zabit Səmədovun bu yaxınlarda Azərbaycanın yüngül çəkidə ən güclü idmançıları olan Nəriman Abbasovla Tofiq Musayevi keçirəcəyi turnirdə döyüşdürmək istəməsinə münasibət bildirib:
"Zabit Səmədovun bu barədə açıqlamasını oxumuşdum. Oxuyub təəccüblənmişdim. Bilirəm ki, Tofiq Musayev Zabitin zalında məşq keçir. Amma təmsil etdiyim "Qəbələ" idman klubuna və şəxsən mənə bu döyüş barədə müraciət olmayıb.
Olsa belə, mən bu döyüşə razılıq vermərəm. Tofiq yaxşı idmançıdır, güclü döyüşçüdür, beynəlxalq arenada uğurları bizi də qürurlandırır. "Bellator"la müqavilə bağlayıbsa, ona uğurlar arzulaya bilərik. Ancaq o, son döyüşündə uduzub. Nəriman da son qələbəsindən sonra hazırda dünyada məşhurlaşıb, diqqətləri öz üzərinə çəkib. Hamı onunla döyüşmək istəyir. Bu səbəbdən də Tofiqin 12 döyüşdür ki, uduzmayan Nərimanla qarşılaşması qeyri-mümkündür. Onların döyüşməsi üçün ən azı Tofiqin növbəti bir beynəlxalq döyüşdə qalib gəlməsi lazımdır. Qalib gəldikdən sonra belə təşkilatçılarla şərtləri danışmaq lazımdır".
Şəhriyar Abbasov Tofiq Musayev üçün "TT Fight"dən rəqib də təklif edib:
"Bizdə Ramin Sultanov var. Keçirdiyi 5 döyüşün heç birində uduzmayıb. O, 2020-ci ilin sentyabrın 21-də Bakıda keçirilmiş IFL turnirində Tofiqgilin birgə məşq keçdiyi Xəzər Rüstəmovu məğlub edib. Daha sonra ötən ilin iyunun 18-də Həbib Nurməhəmmədovun turnirində rusiyalı Dmitri Mixailidiyə qalib gəlib. Onların döyüşünə razılıq verərəm".
Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik - FOTO

İdman       Tarix: 16 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun az xeber son xeberler az xəbərlər.com