Azərbaycanın Kamandan Oxatma üzrə Çempionatı: İdman nailiyyətləri mədəni ənənələrlə birləşir
23-25 avqust 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə qoşulacaq.
KONKRET.az xəbər verir ki, çempionat ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunması, cəmiyyətin idman əzminin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Kişi və qadın idmançılar üç kateqoriya üzrə yarışacaqlar: 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).
Yarışın proqramına əsasən, avqustun 23-də məşq sessiyaları ilə başlayan çempionat 24 avqust tarixində açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Nəhayət, oxatanların 1/4 final mərhələsindən finala qədər davam edəcək mübarizəsinə avqustun 25-də yekun vurularaq, qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Federasiya oxatma idman növünün daha geniş auditoriya tərəfindən sevilməsi və bu sahədə maarifləndirmə səviyyəsinin yüksəldilməsi missiyasını davam etdirərək, bütün idmansevərləri yarışları izləməyə dəvət edir.
Üç gün davam edəcək turnir 23 avqust saat 10:00-da Əhəd Yaqubov küçəsi, 15 ünvanında yerləşən Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) baş tutacaq (giriş sərbəstdir).
Tədbirlərin proqramı və digər yeniliklər barədə ətraflı məlumatı Federasiyanın rəsmi internet səhifəsi (archery.az) və sosial şəbəkə hesablarında (@archery.aze) da izləmək mümkündür.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?