Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 4 medalla tamamladı
Azərbaycanın qadın güləşi üzrə milli komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatını 4 medalla başa vurub.
KONKRET.az xəbər verir ki, yığma üzvləri 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Bu gün zərif cins nümayəndələrindən Jalə Əliyeva 62 kq çəki dərəcəsində Avropa çempionluğu əldə edib. Mübarizəyə 1/4 final mərhələsindən başlayan Əliyeva Fransa təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. O, yarımfinalda polşalı Paulina Malqorzata Danişə də çətinlik çəkmədən qalib gəlib. Finaldakı rəqib isə serbiyalı Anna Fabian olub. Bu görüşdə də nəyə qadir olduğunu göstərən Gəncə güləş məktəbinin yetirməsi 6:2 hesablı qələbə qazanaraq qızıl medal qazanıb.
53 kq çəkidə isə Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə 12:7 hesabı ilə qalib gəlsə də, yarımfinalda almaniyalı Anastasiya Blayvasa sonuncu xal prinsipinə əsasən uduzub. Bürünc medal qarşılaşmasında isə o, rumıniyalı Beatris Ferentə tam üstünlüklə – 11:1 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, daha öncə Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb./Report
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu