Azərbaycanın təbii qazı Suriyanın Homs vilayətinə çatıb
Azərbaycandan nəql olunan təbii qaz Türkiyə-Suriya boru kəməri ilə Suriyanın Homs vilayətinə çatıb.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, "Anadolu" agentliyinə istinadən xəbər verir ki, növbəti mərhələdə qaz Cender stansiyasından paytaxt Dəməşqin yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.
Qaz elektrik stansiyalarının klapanları Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs valisi Əbdürrəhman əl-Amın iştirakı ilə açılıb. Diyab mətbuata açıqlamasında qeyd edib ki, hazırda Azərbaycandan təbii qaz Türkiyə üzərindən Cender yanacaqdoldurma məntəqəsinə çatıb.
Gündə 3,4 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik boru kəməri ilə hazırda sutkada 1,4 milyon kubmetr qaz nəql edilir ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Nazir müavini vurğulayıb ki, Türkiyədən keçən bu axın Ərəb Qaz Kəmərinin Türkiyə Respublikasına birləşdirilməsi baxımından strateji addımdır, bunun sayəsində Suriya elektrik şəbəkəsi vasitəsilə region ölkələri ilə inteqrasiya olunacaq və bu, ölkədə sabitliyi gücləndirəcək.
Diyab əlavə edib ki, bütün istilik elektrik stansiyalarına qazın verilməsi ilə ölkədə cari elektrik enerjisi təchizatı sutkada 5 saata çatdırılacaq, növbəti mərhələdə isə sutkada 6 milyon kubmetr qazın verilməsini nəzərdə tutan yeni müqaviləyə əsasən, ev təsərrüfatlarının sutkada 8 saata qədər elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulub. Türkiyədən Suriyaya ilk təbii qaz tədarükü avqustun 2-də başlayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma