"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək

"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaqları ilə bağlı açıqlama yayıb.
KONKRET.az xəbər verir ki, açıqlamada deyilir:
"Əziz futbolsevərlər!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Sabah" Futbol Klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.
Cənab Prezidentin klubumuza və Azərbaycan futboluna göstərdiyi bu diqqət və etimad bizi bu dəstəyin yaratdığı imkanı daha böyük və uzunmüddətli məqsədə yönəltmək barədə düşünməyə sövq etdi. Biz istəyirik ki, bu tarixi uğur və göstərilən dəstək təkcə bugünkü "Sabah"a deyil, Azərbaycan futbolunun gələcəyinə də xidmət etsin.
Məhz buna görə "Sabah" Futbol Klubu UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun davamlı inkişafına yönəltmək və "Sabah Football Academy Future Talents" – "Sabah Futbol Akademiyası Gələcəyin istedadları" proqramını yaratmaq qərarına gəlib.
Beləliklə, proqramın ilkin kapitalının 5 milyon manat cənab Prezidentin dəstəyi + 5 milyon manat "Sabah"ın vəsaiti = 10 milyon manat prinsipi əsasında formalaşdırılması nəzərdə tutulur.
Fondun əsas prinsipi bu 10 milyon manatı xərcləmək deyil, onu qorumaq və artırmaqdır. Vəsait peşəkar şəkildə idarə olunaraq gəlir yaradacaq.
Bu il UEFA ÇL-da keçirilən oyunlara bilet satışından əldə edilən məbləğlərin müəyyən hissəsi də həmin proqrama yönəldiləcək.
Beləliklə, ilkin kapital gələcək gənc futbolçuların inkişafına uzun illər xidmət edən daimi maliyyə mənbəyinə çevriləcək.
Klubun məqsədi bir mövsümün tarixi uğurunu gələcək nəsilləri təmsil edən futbolçularını yetişdirmək, ölkədə və gələcəkdə regionumuzda aparıcı futbol akademiyasını formalaşdırmaq, cənab Prezidentin futbolumuza və klubumuza olan diqqəti əbədiləşdirmək üçün uzunmüddətli imkanlara çevirməkdir.
"Sabah Football Academy Future Talents" proqramının əsas məqsədi uşaq futbolunun davamlı inkişafına dəstək vermək, bu prosesə maraqlı tərəfləri cəlb etmək və uzunmüddətli, dayanıqlı inkişaf modelinin formalaşdırılmasına töhfə verməkdir.
Klub bu təşəbbüsün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ölkədə uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının yaradılmasına xüsusi önəm verir.
Layihə futbol infrastrukturunun təkmilləşdirilməsinə, istedadlı uşaqların aşkarlanmasına və peşəkar hazırlığına, müasir məşq metodlarının tətbiqinə, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Klub ölkə üzrə istedadların aşkarlanması sistemini daha da genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq, perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.
Uzunmüddətli perspektivdə "Sabah" Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirərək, Akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi qarşısına məqsəd qoyur.
SABAH FK bu təşəbbüsə "Bünövrə Tərəfdaşı" formatında qoşulmaq üçün ölkəmizin şirkətlərinə və beynəlxalq tərəfdaşlara imkan yaradacaq və maraqlı tərəfləri bu təşəbbüsü nəzərdən keçirməyə dəvət edir.
"Sabah Football Academy Future Talents" proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri ilə bağlı ictimaiyyətə əlavə və ətraflı məlumat təqdim ediləcək.
Bir tarixi uğur. Futbolumuzun inkişafı naminə atılan daha bir addım".

İdman       Tarix: 06 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Millimiz Litvaya qarşı

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxacaq. xəbər verir ki, Ayxan Abbasovun komandası 4-cü turda Litvanı qəbul edəcək. 8-ci km stadionunda keçiriləcək matça saat 17:00-da start veriləcək. Sentyabrı

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

İlham Əliyev Cüdo Federasiyasının prezidenti ilə bağlı sərəncam imzaladı

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif olunub. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında və beynəlxal

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber en son xəbərlər bugün ensonxeberler cəbhədən son vəziyyət