Azərbaycanın üç şahmatçısı tay-brekdə mübarizə aparacaq
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib.
KONKRET.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla heç-heçə edib.
Heç bir şahmatçının üstünlüyünün olmadığı partiya heç-heçə ilə yekunlaşıb. İlk görüşdə də heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirəcəklər.
Nicat Abasov-Aniş Giri (Niderland) görüşündə də eyni nəticə rəsmiləşib. İlk görüşdə olduğu kimi cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi sabah tay-brekdə məlum olacaq.
FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla heç-heçəyə razılaşıb. Hər iki şahmatçı sabah tay-brekdə qarşılaşacaq.
20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli ABŞ şahmatçısı Rey Robsona uduzmaqla Dünya Kubokunda mübarizəni dayandırıb.
Həmyerlimiz Qədir Hüseynovla Lenyer Dominges arasında partiya heç-heçə başa çatıb. İlk görüşdə qalib gələn ABŞ şahmatçısı ümumi nəticəyə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.
Günün ən uzun davam edən partiyası çinli dünya çempionu Yu Vençjunla Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva arasında oynanılıb. Altı saatdan artıq davam edən görüşün ortalarında Ülviyyə üstünlük əldə etməsinə baxmayaraq, istədiyi nəticəni əldə etməyib. Yekunda çinli şahmatçı qələbə qazanıb. Ülviyyə Fətəliyeva isə Dünya Kubokunda çıxışını dayandırıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi