Azərbaycanın yaratdığı reallıq və uğurlu diplomatiyanın həlledici rolu 

Azərbaycanın yaratdığı reallıq və uğurlu diplomatiyanın həlledici rolu Son illər Azərbaycanın dünyada öz çəkisi, öz yeri var. Güclü iqtisadiyyata malik ölkəmizin Avropanın enerji təhlükəsizliyində önəmli rol oynaması da Azərbaycana olan diqqəti bir qədər də artırır. Azərbaycan dünyanın enerji bazarında xüsusi çəkiyə malikdir və hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunan xam neftdən müxtəlif ölkələr faydalanır. Ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında təbii ki, neft və qaz amilinin xüsusi rolu var. Son vaxtlar Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklərdən sonra da Azərbaycanın siyasi imici ciddi şəkildə dəyişib və dünya dövlətləri ölkəmizlə hesablaşmağa başlayıb.
Məsələylə bağlı KONKRET.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirdi ki, doğurdan da Azərbaycan dünya birliyinə güclü inteqrasiya meyillərini nümayiş etdirir:
Azərbaycanın yaratdığı reallıq və uğurlu diplomatiyanın həlledici rolu "Bu hadisə həm regional, həm də qlobal müstəvidə baş verir və Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, Azərbaycan dünya birliyidə qəbul olunan dövlətə çevrilib. Xüsusilə Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad olunması,  ardınca lokal xarakterli antiterror tədbirləri suverenliyimizin bərqərar olmasının əsaslarını yaratdı. Uzun illər ərzində Azərbaycan informasiya müharibəsi müstəvisində öz reallıqlarını diktə edirdi. Və nəhayətdə dünya birliyi də Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etdi. Son nəticədə Ermənistan özü də yeni geopolitik reallıqları qəbul etməyə məcbur oldu. Almatı bəyannaməsinin hüquqi təsirlərini əsas götürərərk  Ermənistanın baş naziri Nikol Paşinyan  həm də, yeni sərhədlərin formalaşmasının tərəfdarı kimi çıxış edir. Azərbaycan da bu prosesdə fəal iştirakçıdır. Hətta, Şimal istiqamətində 20 km-ə yaxın ərazi demarkasiya edilib. Bu da böyük bir nəticə hesab olunmalıdır. Ümumilikdə dünya birliyinə inteqrasiya müstəvisində həm ikitərəfli, həm də çoxtərəfli proses görünməkdədir. Bu, eyni zamanda Azərbaycanın mühüm geopolitik aktor kimi fəaliyyətinin nəticəsidir. Biz regionda olan çətinlikləri, həsas münasibəti, ayrı-ayrı güclü aktorlarla ziddiyətləri kənara qoyub tərəfdaşlıq, əmməkdaşlığın gücləndirilməsi, bərabərhüquqlu münasibətlərin təşviq olunması, daxili işlərə qarışmamaq, müstəqilliyi və suverenliyi rəhbər tutmaq siyasətini həyata keçiririk. Burada əlbəttə ki, terrorizmlə mübarizə, mütəşəkkil cinayətkarlığın qarşının alınması,  birgə fəaliyyət nəticəsində iqtisadi səmərəliliyin artırılması, 3+3 formatının müzakirəsi əsas prioritetlər sırasındadır. Ona görə də bizim üçün dünya birliyinin regiona dair münasibəti hər zaman sülh və təhlükəsizlik yönümündə olmalıdır. Beynəlxalq təşkilatlarla və digər dövlətlərlə əməkdaşlıq da siyasi gündəliyin əsas prioritetini təşkil edir. Son dövrlər  biz,  Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlərdə də yaxınlıq görürük. Bu,  Türk Dövlətləri Təşkilatının inteqrasiyası. Türk ailəsinin daha yaxından əməkdaşlıq etmək istəyindən irəli gəlir. Digər tərəfdən, Orta dəhliz, Zəngəzur dəhlizinin açılaması, qlobal müstəvidə isə Şərq ilə Qərb arasında olan bağlantıların formalaşmasında Azərbaycanın imkanları təqdim olunur. Gələcəkdə  bu layihələrdə Azərbaycan  tranzit ölkə kimi iştirak edəcək".
Daha sonra Azərbaycanın yaşıl gündəliyinə toxunan politoloq bildirdi ki, COP29-a ev sahibliyi Azərbaycan üçün siyasi dvidentlər qazandırdı: "Önəmli  istiqamət Azərbaycanın yaşıl gündəliyi ilə bağlıdır.  Azərbaycan mötəbər COP29 tədbirinə ev sahibliyi etdi. Bakı qlobal iqlim hədəfləri ilə bağlı nəticəyə müyyəsər oldu. 300 milyard dollarlıq illik büdcə və ambisiyalı 1,3 trilyon dollarlıq iqlim hədəfləri kifayət qədər böyük bir göstəricidir. Bu istiqamətdə Azərbaycan diplomatiyası da fəal iştirak elədi. Azərbaycan nəinki ənənvi olaraq enerji, nəqliyat və digər sahələrdə fəal təşəbbüs irəli sürən dövlət kimi iştirak edir, hətta Azərbaycan günəş, külək, su enrjisinin istehsalı və elecə də xaricə ötürülməsində fəal rol oynayan dövlətdir. Bu baxımdan Azərbaycanın irəli sürdüyü təşəbbüslər çox şaxəlidir, müxtəlif məqsədləri özündə birləşdirir və uğurlu gələcək vəd edir".
Vəli Həsənoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi mövzusuna uyğun olaraq dərc edilir".
Azərbaycanın yaratdığı reallıq və uğurlu diplomatiyanın həlledici rolu 

Siyasi       Tarix: 05 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil

Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib. Onun sözlərinə görə

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunyada son xeberler bu gunun xeberleri valyuta mezennesi