Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atdı

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atdıAzərbaycanın kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millisi tarixi uğura imza atıb.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, İtaliyanın Yezolo şəhərində keçirilən WAKO uşaq, yeniyetmə və gənclərin dünya çempionatının son günündə yığmanın daha bir üzvü qızıl medal qazanıb.
Bu, "Ağ canavar" ləqəbli Amin Quliyevdir. 60 kq çəki dərəcəsində yer alan idmançı kikboksinqin "Low kick" versiyasında türkiyəli Mustafa Soner Kılınça qalib gələrək, ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu olub. Həmçinin, bu gün Vüqar Məmmədov (60 kq) "Low kick", Akif Quluzadə (57 kq) K1 versiyalarının finalında uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 38 idmançı ilə dünya çempionatına yollanmış Azərbaycan yığmasının 20 üzvü (7 qızıl, 6 gümüş və 7 bürünc medal) fəxri kürsüyə qalxaraq, tarixi nəticəyə imza atıb. İndiyədək AKF idmançıları həm medal sayı, həm də əyar baxımından belə nəticə göstərməyib.
Millinin heyətində Murad Gəncəliyev (K1, 45 kq), Rafiq Babazadə (K1, 48 kq), Sübhan Məmmədov (low kick, 45 kq), Ramal Zeynallı (low kick, 48 kq), Elvin Məmmədov (low kick, 54 kq), Amin Quliyev (low kick, 60 kq), Nizami Əliyev (kick light, 32 kq) qızıl, Rinat Qiyasov (low kick, 45 kq), Renat Qiyaslı (low kick, 51 kq), Vüqar Məmmədov (low kick, 60 kq), Akif Quluzadə (K1, 57 kq), Əli Cəfərli (full contact, 54 kq) Kənan Cəfərli (kick light, 57 kq) gümüş, Şükür Aslanlı (low kick, 42 kq), Mahmud Hüseynov (57 kq), Nicat Ələkbərli (low kick, 63,5 kq), Səfərəli Vəhədov (low kick, 71 kq), Gülməmməd Səfərli (low kick, +81 kq), Elton Hüseynov (low kick, +91 kq), Murad Məmmədov (full contact, 60 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, ötən il Monteneqronun Budva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.

İdman       Tarix: 09 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun xeber azerbaycan son xeber bugun son xeberler 2026