Azərbaycan–İtaliya münasibətləri: Strateji tərəfdaşlıqdan çoxşaxəli əməkdaşlığa doğru

Azərbaycan–İtaliya münasibətləri: Strateji tərəfdaşlıqdan çoxşaxəli əməkdaşlığa doğruBildiyimiz kimi, İtaliya Azərbaycanın dost və strateji tərəfdaş ölkəsidir. Ölkələrimiz arasında münasibətlər durmadan inkişaf edir və bu gün artıq nümunə göstəriləcək səviyyəyə yüksəlib. Təsadüfi deyil ki, bu uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşına çevrilib. Bu tərəfdaşlıq xüsusilə enerji sahəsində özünü daha aydın göstərir. Məlumdur ki, Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Eyni zamanda nəhəng Trans-Adriatik qaz kəməri vasitəsilə Azərbaycan Avropa üçün ən etibarlı enerji təchizatçılarından biridir. Bu layihə çərçivəsində ölkəmiz dost İtaliya üçün ən böyük təbii qaz tədarükçüsü kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. 
Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərdi ki, Bakı ilə Roma arasında əməkdaşlıq artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsindən çıxaraq daha geniş geosiyasi və iqtisadi məzmun kəsb edir.
Onu da qeyd edim ki, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri və yüksək səviyyədə qəbul olunması ölkələrimiz arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın yüksək səviyyədə olmasının bir daha təsdiqi oldu. İki ölkə arasındakı bu sarsılmaz bağ Avrasiya məkanında həm iqtisadi inteqrasiyanın, həm də siyasi sabitliyin həlledici sütununa çevrilib.
İtaliyanın Azərbaycan üçün əhəmiyyəti onun təkcə qlobal iqtisadi güc olmasından deyil, həm də regional və beynəlxalq müstəvidə nümayiş etdirdiyi prinsipial mövqedən qaynaqlanır. Belə ki, İtaliya Avropanın böyük dövlətləri və G7 üzvləri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq sənədi imzalayan ilk dövlətdir. 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə" iki ölkə arasında ən yüksəksəviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirib. Bu möhkəm təməl üzərində qurulan davamlı dialoq zamanın sınağından keçmiş və qarşılıqlı hörmətə əsaslanan strateji etimad körpüsü yaradıb.
Görüş zamanı Prezident İlham Əliyev vacib bir nüansa toxunaraq Ermənistandan gəlmiş xanım qonağın ölkəmizi ziyarət etməsinin xüsusi rəmzi məna daşıdığını, bunun isə Azərbaycana dost münasibətin göstəricisi olduğunu qeyd etdi. Prezident həmçinin ölkəmizin də İtaliyaya eyni münasibət bəslədiyini vurğulayaraq bu səfərin strateji münasibətlərimizin inkişafında həlledici rol oynayacağını bildirdi. 
iki ölkə arasında tərəfdaşlığın ən mühüm və diqqətəlayiq istiqamətlərindən biri də İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəal iştirakıdır. Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri tərəfindən artıq 23 layihənin həyata keçirilməsi və ya icra mərhələsində olması İtaliya biznes dairələrinin Azərbaycana və regionun bərpasına olan inamının bariz göstəricisidir. Xarici şirkətlər arasında İtaliyanın qabaqcıl yerlərdə qərarlaşması təsadüfi deyil. Bu layihələr infrastrukturun qurulması, şəhərsalma, sənaye, energetika və mədəni irsin bərpası kimi strateji sahələri əhatə edir və regionun sürətli reinteqrasiyasına mühüm töhfə verir.Eyni zamanda, hərbi-texniki əməkdaşlıq, birgə istehsal imkanları və texnologiya transferi ilə bağlı müzakirələr əlaqələrimizin şaxələndiyini nümayiş etdirir. 
Bunlarla yanaşı mədəni və akademik əlaqələr də genişlənir, bunu Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasına hazırlıq nümayiş etdirir ki, bu da növbəti uğur hekayəsinə çevrilərək bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı zənginləşdirə bilər.
Beləliklə, formalaşan yeni mərhələ Azərbaycan–İtaliya tərəfdaşlığını strateji müstəvidən çoxşaxəli və dayanıqlı əməkdaşlıq modelinə doğru aparır ki, bu da yaxın gələcəkdə daha uğurlu nəticələr vəd edir.
Nizami NOVRUZOV,
texnika üzrə fəlsəfə doktoru / azxeber.com

Siyasi       Tarix: 05 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb. xəbər verir ki, Elçi

Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı

"Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu aza bilər. Eyni vəziyyət bizim tərəfimizdən də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv şəkildə yanaşır". KONKRET.azoxuaz-a istinadə

Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzini

Tramp "topal ördək" vəziyyətinə düşə bilər' - Politoloq

ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr nisbətini dəyişə və Prezident Donald Trampın hakimiyyətinin son iki ilinə ciddi təsir göstərə bilər. "Reuters"in məlumatına görə, hazırda Konqresi

Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib. xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbək

Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Hindistan Respublikasının xarici işlər naziri Subramanyam Caişankar sabah Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Hindistan xarici işlər nazirinin bir sıra dövlət rəsmiləri ilə görüşləri gözlənilir. /

20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, həm də milli qürurun, birliyin və qəhrəmanlığın rəmzi kimi yadda qalır. 20 oktyabr – Zəngilan şəhəri günü də bu əlamətdar günlərdəndir

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Son illər Azərbaycanla Hindistan arasında bir sıra məsələlərdə fikir müxtəlifliyi olub. xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbua

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Azərbaycanın Macarıstandak


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər sou xeberler xəbər ən son xəbərlər