Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər imzalanıb - YENİLƏNİB

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər imzalanıb - YENİLƏNİBBakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu çərçivəsində əməkdaşlığa dair 7 sənəd imzalanıb.
KONKRET.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb.
Şuranın vəzifələrinə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın ümumi vəziyyətini və gələcək istiqamətlərini müzakirə etmək, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı sahəsində işgüzar dairələrinin təşəbbüslərini dəstəkləmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı problemlərin nəzərdən keçirilməsi daxildir. Biznes Şurası hər iki ölkənin təsərrüfat subyektləri, o cümlədən KOB-lar arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına yardım etmək, həmçinin səfərlərin, görüşlərin, seminarların, dəyirmi masaların təşkilinə, müəssisələrin hər iki ölkədə keçirilən sərgi və yarmarkalarda iştirakına köməklik göstərmək niyyətindədir.
Şura həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrə faydalı olacaq kommersiya, ticarət-iqtisadi, elmi, texnoloji, reklam və digər məlumatların mübadiləsinə və yayılmasına kömək edəcək. Üstəlik, o, Azərbaycan və Səudiyyə Ərəbistanı bazarlarında fəaliyyət göstərən və ya fəaliyyət göstərəcək konkret layihələr və müvafiq təşkilatlar haqqında məlumat mübadiləsi, birgə müəssisələrin yaradılmasına və fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığın digər formalarına dəstək olacaq.
Bundan başqa, Səudiyyə Ərəbistanının "FlyNas" şirkəti Azərbaycanın "Alines Tours" (hüquq və investisiya sahəsində əməkdaşlıq çərçivəsində), "Fovero Tours" və "Khazar Travel" şirkətləri ilə turizm sahəsində yerüstü xidmətlərin asanlaşdırılmasını nəzərdə tutan anlaşma memorandumları imzalayıb.
Səudiyyə Ərəbistanının ARCO şirkəti ilə Azərbaycanın Məşğulluq Agentliyi (HR Cell) arasında da Anlaşma Memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanının "Albawani Co" şirkəti ilə Azərbaycanın "North West Construction" MMC arasında iki ölkənin podratçılıq, tikinti və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanının "A.Alrabiah Consulting Engineers" şirkəti ilə Azərbaycanın "Technicon Engineers Consulting" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb və sənəd texniki sahələrdə (məsələn, metro, bina və digər infrastruktur) mühəndislik xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Səudiyyə Ərəbistanının "Al Suwaiket and Al Busaiyes Lawyers and Legal Consultants Co." şirkəti ilə Azərbaycanın "Black Garden investisiya və korporativ məsləhət" şirkəti arasında Səudiyyə Ərəbistanı və Azərbaycanda investorlara hüquqi xidmətlər və biznes dəstəyi göstərməklə əməkdaşlıq da planlaşdırılır.//Report
***
11:11
Azərbaycanla Səudiyyə Ərəbistan arasında iki sənəd imzalanıb.
KONKRET.az xəbər verir ki, sənədlər Azərbaycan -Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyanın 7-ci iclası çərçivəsində imzalanıb.
Birinci sənəd, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şuranın yaradılması ilə bağlıdır.
İkinci imzalanan sənəd isə hökumətlərarası komissiyanın protokoludur.

Siyasi       Tarix: 19 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler bugun xeberler azerbaycan sonxeberler