Azərbaycanlı ABŞ-da çempion oldu - FOTO + VİDEO

Azərbaycanlı ABŞ-da çempion oldu - FOTO + VİDEOxəbər verir ki, "Fury FC 67 – UFC Fight Pass" turnirində 65,7 kq çəki dərəcəsində çempionluq kəməri üzrə döyüşdə Hüseyn Əliyev rəqibi, bu liqanın artıq keçmiş çempionu və məşhur "Glory" kikboksinq turniri döyüşçüsü Neyt Riçardson üzərində tam üstünlüklə qələbə qazanıb və çempion adına sahib olub.
Qalibiyyət nitqində Hüseyn Əliyev öz baş məşqçisi olan güney azərbaycanlı Nima Mazhari, "American Kickboxing Academy"dən baş məşqçi Xavyer Mendez, Həbib Nurməhəmmədov və digər kamp yoldaşlarına və dəstəkçilərinə təşəkkür edib. Hüseyn Əliyev UFC prezidenti Dana Uayt və matçmeyker Şon Şelbiyə müraciət edərək müqavilə göndərilməsinin vaxtı gəldiyini bildirib.
Bu döyüş Hüseyn Əliyevin "Fury FC – UFC Fight Pass" liqasında üçüncü döyüşü idi.
Hüseyn Əliyev döyüşün dördüncü hissəsində Neyt Riçardsonu nokdauna göndərib, lakin döyüşü vaxtından öncə bitirmək alınmayıb. Son olaraq beş raundun nəticəsinə görə çempionluq adını və turnirin kəmərini həmyerlimiz əldə edib. Maraqlı bir cəhət odur ki, bu rəqib Hüseyn Əliyevin ardıcıl məğlub etdiyi üçüncü çempion idi.
"Fury FC" liqasındakı ötən döyüşündə azərbaycanlı idmançı keçmiş "Combat Global" çempionu və "Ultimate Fighter" şousunda iştirak etmiş Andres Kintanaya qalib gəlmişdi. Turnirdəki ilk döyüşündə isə həmyerlimiz "Fury FC"nin eyni çəkidə çempionu olmuş, Braziliya ciu-citsu idman növü üzrə qara kəmər sahibi Kameron Qraves üzərində qələbə çalmışdı.
Son üç döyüşündə üç çempion üzərində qələbə çalaraq həmyerlimiz UFC-yə çıxmaq şansını maksimallaşdırıb. Hüseyn Əliyevin daxil olduğu menecment şirkəti ən qısa zamanda UFC şirkəti ilə danışıqlara başlayacaq. Hazırda UFC şirkəti "Fury FC" kimi "UFC Fight Pass" turnirlərindən ən yaxşı döyüşçüləri seçir.

Azərbaycanlı ABŞ-da çempion oldu - FOTO + VİDEOAzərbaycanlı ABŞ-da çempion oldu - FOTO + VİDEOOxu.az

İdman       Tarix: 15 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar son xabar xeberler bugun hava