Azərbaycanlı deputata məxsus kafedə insan ölümü ilə nəticələnən yanğını TÖRƏDƏN ŞƏXS TUTULDU
Kostromada kafedə baş verən yanğının günahkarı olduğu iddia edilən şəxs saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kostromada "Poliqon" kafesində baş verən yanğını törədən şəxs tutulub.
"Kostroma şəhərindəki əyləncə müəssisələrindən birində yanğın və insanların ölümü ilə nəticələnən qanunsuz əməli törətməkdə şübhəli bilinən şəxs isti izlərlə həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb. Hazırda o, istintaq orqanlarına təhvil verilib", – məlumatda deyilir.
Kostromada "Poliqon" kafesində yanğın gecə saat 2:30 radələrində başlayıb. Binadan 250 nəfər təxliyə edilib. Son məlumatlara görə, yanğın nəticəsində 13 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.
Yanğının mümkün səbəbi fişənglərin və ya digər pirotexniki vasitələrin partlamasıdır. İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, klub Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı deputat İxtiyar Mirzəyevə məxsusdur.
Xuraman Etibarlı,
KONKRET.az

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır